Sizi həyatda ən əlamətdar günlərdən biri olan doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Sizə möhkəm can sağlığı, uzun ömür, xoş günlərlə dolu həyat arzulayırıq.
Siz hər zaman dövlətin və xalqın mənafelərini üstün tutaraq fəaliyyət göstərirsiniz. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edirsiniz. Milli Məclisdə qanunvericilik yaradıcılığı istiqamətində Siz obyektivlik nümayiş etdirərək qanunların milli maraqlar çərçivəsində qəbul edilməsinə öz töhfənizi verirsiniz. Seçici hüquqlarının müdafiəsi istiqamətində də kifayət qədər işlər görürsünüz.
Əminəm ki, bu sahədə uğurlu fəaliyyətinizi bundan sonra da davam etdirəcəksiniz!
Hörmətli Jalə xanım!
Sizi eyni zamanda insanları sülh və əmin-amanlıq yoluna dəvət edən, dünya müsəlmanların mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Tanrının xeyir-duasının daima Sizin, ailənizin və sevdiklərinizin üzərində olmasını diləyirik. Sizi bir daha təbrik edir, Azərbaycanın rifahı naminə şərəfli və məsuliyyətli işinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə!
Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Pəri xanım Dilbazi və Esmira İbrahimova