525.Az

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu


 

Azərbaycanın daha bir cüdoçusu dünya çempionu oldu<b style="color:red"></b>

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə dünya çempionatı davam edir.

525.az xəbər verir ki, Azərbaycan cüdoçusu Zelim Kotsoyev bu gün final görüşünə çıxıb.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımız kanadalı Şadi Elnahasa qalib gəlib. İndiyə qədər iki dəfə dünya çempionatının bürünc medalını qazanan Azərbaycan cüdoçusu bu dəfə mundialın qalibi olub.

Qeyd edək ki, buna qədər Azərbaycan millisində Hidayət Heydərov (73 kq) da qızıl medal qazanıb. 

 





23.05.2024    çap et  çap et