525.Az

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınması qaydası müəyyənləşib


 

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınması qaydası müəyyənləşib<b style="color:red"></b>

Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Azərbaycan Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə edilib.

525.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik edilməsi ilə mümkün olub.

Qanuna əsasən, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.

 





23.05.2024    çap et  çap et