525.Az

ABŞ Ukraynaya təxminən 300 milyon dollar dəyərində hərbi yardım ayıracaq


 

ABŞ Ukraynaya təxminən 300 milyon dollar dəyərində hərbi yardım ayıracaq<b style="color:red"></b>

ABŞ Ukraynaya təxminən 300 milyon dollar dəyərində hərbi yardım paketi hazırlayır.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-i "AP News"a istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Ukraynaya sabah ayrıla biləcək 275 milyon dollar məbləğində hərbi yardım paketi hazırlayır.

Qeyd olunub ki, bu, Konqresin ötən ayın sonunda Ukraynaya xarici yardım haqqında qanun layihəsini qəbul etdikdən sonra Ukraynaya hərbi yardımın dördüncü tranşı olacaq.

ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, paketə HIMARS raket sistemləri, həmçinin 155 və 105 mm-lik artilleriya mərmiləri daxildir.

 





23.05.2024    çap et  çap et