525.Az

Azərbaycanın bir qadın güləşçisindən bürünc medal, ikisi finala yüksəldi


 

Azərbaycanın bir qadın güləşçisindən bürünc medal, ikisi finala yüksəldi<b style="color:red"></b>

Bakıda güləş üzrə U-23 Avropa çempionatı davam edir.

QOL.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin 4-cü günündə Azərbaycanın 6 qadın güləşçisi mübarizə aparıb.

Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyyə Sadıxova (72 kq) ilkin mərhələdən mübarizəyə başlayıblar. Elnurə Məmmədova və Jalə Əliyeva finala qədər irəliləyib. Mərziyyə Sadıxova ikinci görüşündə uduzsa da, sabah bürünc medal uğrunda güləşəcək.

Ruzanna Məmmədova (59 kq)  isə rumıniyalı Ana Mariya Puiuya "tuş”la qalib gələrək U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Qeyd edək ki, əvvəlki üç gündə Azərbaycan millisinin üzvləri 8 medal qazanıblar. Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq) və Qurban Qurbanov (82 kq) çempion olublar. Nihad Quluzadə (60) gümüş, Ruslan Nurullayev (72 kq), Rəşad Məmmədov (55 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97) isə bürünc medala yiyələniblər.

 





23.05.2024    çap et  çap et