|
|
|
|
ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ABŞ-ın sülh prosesinə dəstəyini və davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün həftə ərzində regiona səfər edir.
525.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən Lui Bononun regiona səfəri ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib.
"Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır.
O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək.
Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq", - qeyd olunub.
Qeyd edək ki, Lui Bono Ermənistanda səfərdədir.