525.Az

"Azərbaycan kəndlilərinin canlı dili" - So­sial şə­bə­kə­də ya­zı­lan­lar


 

"Azərbaycan kəndlilərinin canlı dili" - <b style="color:red"> So­sial şə­bə­kə­də ya­zı­lan­lar</b>

Vüsalə Məmmədova, jurnalist:

- Qarabağ Universitetinin gələcəyinə çox böyük ümidim var. Çünki yeni təyin olunan rektoru yaxşı tanıyıram. Şahin Bayramov ölkədə universitet idarəetməsini bilən ən yaxşı mütəxəssislərdəndir. Hətta bildiyimə görə, ölkədə ABŞ-da ali təhsilin idarəedilməsi ixtisası üzrə təhsil alan ilk şəxsdir.

İllərlə necə vicdanla çalışdığının şahidi olmuşam. Dürüst və mədəni insan kimi tanıyıram. Əsir Düşərgəsi oxucusu olduğundan bu mövzuya həssaslığını bilirəm. Təpədən dırnağa Qarabağı sevən adamdır.

Buna görə də əminəm, Qarabağ Universitetini ölkənin bir nömrəli ali təhsil ocağına çevirmək üçün əlindən gələni əsirgəməyəcək. Qısası, Qarabağ Universiteti əmin əllərdədir! Uğur qaçılmazdır!

 

Asif Nərimanlı, jurnalist:

- Səlcuq Bayraqdar Rəisinin qəzaya düşən helikopterinin qalıqlarının "Akıncı" vasitəsilə necə tapdıqlarından danışıb. Hətta bu prosesdə Azərbaycanın da dəstək verdiyini, işin koordinasiya olunmuş şəkildə aparıldığını bildirib.

İran tərəfi isə qəza yerinin "Akıncı" tərəfindən tapıldığını təkzib edir. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kollivand helikopterin tapılmasında xaricdən dəstək verildiyi xəbərlərini şayiə adlandırıb, axtarış prosesinin tamamilə yerli qruplar tərəfindən həyata keçirildiyini deyib. Halbuki "Akıncı" xəbərini də ilk İran mediası yaymışdı.

Rəisinin istifadə etdiyi helikopter, qəzanın yerini tapmaqla bağlı əlacsız qalmaları əslində İranın nümayiş etdirdiyi gücün reallıqla adekvat olmadığını ortaya çıxardı. "Akıncı"nı təkzib etmələri də bu gücsüzlüyün ört-basdır edilməsindən qaynaqlanır. Bu həm də İran rejiminin mahiyyətinin dəyişmədiyinin təsdiqidir.

 

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- İran helikopterinin qəzaya uğramasında ABŞ sanksiyalarının rolu olubmu?

İran "Bell" helikopterlərini 1970-ci illərin əvvəllərindən, Rza Şah Pəhləvinin dövründən ABŞ-dan almağa başlayıb.

Sonradan İran şahı bu helikopterlərin istehsalı üçün  İsfahanda zavod inşa edilməsinə göstəriş verir. Lakin 1979-cu il inqilabı ilə Şah devriləndən sonra bu iş yarımçıq qalıb.

ABŞ isə həmin "İsfahan" zavodunu Texasda qurur və "Bell"in ən müasir modellərini istehsal edir. Və təbii ki, yeni "Bell"ləri və onun detallarını da İrana verməkdən imtina edir

1979-cu ilədək İranın ABŞ-dan xeyli "Bell" helikopterləri aldığı haqqında məlumatlar var. Bir neçə il öncənin statistikasına görə, İran 28 ədəd "Bell" helikopterinə sahib olub.

Maraqlı məqam odur ki, ABŞ və digər ölkələr İrana qarşı texnoloji  sanksiyalar tətbiq etdikdən sonra İranın bu helikopterdən istifadəsində problemlər yaranıb.

Sonradan isə vəziyyətdən çıxmaq üçün İran Helikopter Təmiri Zavodu yaradaraq, uzun illər öz daxili resursları ilə Amerikan helikopterlərini təmir edərək istifadə edə biliblər.

Hətta onların bazasında yerli helikopterlər də istehsal ediblər.

Lakin görünən odur ki, xarici texnologiyanı daxildə və daxili resurslarla təmir edərək uzağa getmək mümkün olmayıb.

Texnologiya öz sözünü deyib.

Görəsən, İrana texnoloji sanksiya tətbiq edənlər baş verənlərdə onların da rolunun olmasının fərqindədirlərmi? Yoxsa elə məqsədləri də bu olub?

Ümumiyyətlə, 50 il ABŞ-la savaşan İranın 1-ci şəxsinin həmin ölkənin 50 il istismar dövrü olan, təmir olunmuş texnologiyasından istifadə etməsi də xeyli düşündürücüdür.

P.S. Sanksiyalar altında olan Rusiyanı da belə sürprizlər gözləyirmi?

P.P.S. Mürəkkəb bir şəraitdə baş verən qəza yerinin məhz Türkiyəyə məxsus müasir texnologiya ilə müəyyən edilərək kordinatlarının İrana ötürülməsi də diqqət cəlb edəndir.

 

Mir Səməd, bloger:

- Bir dəli quyuya daş atdı, yüz ağıllı çıxara bilmədi.

İki gündür ağır mərmilərdən istifadə etməklə, feysbukda müharibə gedir.

Mən dedim bu gün atəşkəs olar, yox e hardan?

Amma Tolstoy deyib ki, qadın mövzusu, nə qədər müzakirə etsən də, yenidir.

Şəhriyar şahmatda yüksək nəticə əldə etsə də, hələ müdrikliyə nail olmayıb. Olsaydı, xalqların, aqil şəxslərin qadının gücü, iradəsi barədə söylədikləri sözlərdən bir nəticə hasil edərdi.

O məsəllərin sayı o qədər çoxdur ki, yazmaqla bitməz.

Mənim tanıdığım qadınlar var, həm ağılda, həm daxili güc və inamda kişilərdən heç də zəif deyillər.

 

Etibar Əliyev, millət vəkili:

- SƏMƏD BEHRƏNGİ YADIMA DÜŞDÜ...

Müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi Səməd Behrəngi yazdığı "Balaca qara balıq kitabı" ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərlərdə daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.

Onun Balaca qara balıq əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib.

Həmkarları onu "Azərbaycan kəndlilərinin canlı dili", "Milli mədəniyyətin oyaq vicdanı", "Xalqa üz tutan", "Səyyar müəllim" adlandırıblar.

Bakıda ilk dəfə 1987-ci ildə "Məhəbbət nağılı" adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürüldüyünə inanırlar.

Əhməd Cəmilin Səməd Behrənginin lmnə yazdıı eir.

Sənmi gücsüz idin, Arazmı dərin?

Dərdi nə böyükmüş o sahillərin!

Dözdün zillətinə ağır illərin!

Alnında gəncliyin ümid çələngi,

Qəlbində arzular... Səməd Behrəngi!

Səməd Behrənginin "Alışqanlıq" hekayəsi şedevrdir. Bu əsərdə S.Behrənginin tənqid hədəfi savadsız, məktəbdə gününü şagirdlərə bilik əvəzinə, mənasız, cəfəng, tutaq ki, "şüşənin rəngi nədir?" - kimi suallar verərək bütün dərs boyu cavabını gözləməklə vaxtını öldürən, şagirdlərsə olmayan doğru cavabı bilmədikdə, bütün sinfi aşağı səviyyəli kimi qiymətləndirərək direktora şikayət edən və özünü bilikli göstərən diplomlu şarlatanlardır. Səməd dərindən təəssüflənir ki, belə yaşayışa alışmış səviyyəsizlər də müəllim adını daşıyır, ömrünü uşaqlara cəfəngiyyat danışmaqla başa vurur, xalqın kasıbçılıqla, bir qarın ac, bir qarın tox böyütdüyü və məktəbə gətirib ona etibar etdiyi balalarını mənən şikəst edirlər: "Belə işlərə və sözlərə öyrətmən alışdı: bu cür dərs verməyə, balaca uşaqları ayaqyalın, qıçı açıq görməyə, onların məktəbə gələndə yaşlı gözlərinə baxmağa, iş yerinin zırt-pırtına... İdman saatlarında iki dənə cırıq topu 50 dənə şagirdinin qabağına atırdı ki, idman eləsinlər. Beləcə, onda hər şeyə alışqanlıq oldu. Uşaqlara, onlar ki, hələ bilmirdilər şüşənin boyağının rəngi nədir?"

 

Fərid Pərdəşünas, texnobloger: 

- Qadın, kişi münasibətlərini boş verin, Azərbaycanda proqramlaşdırma, kompüter elmləri sahəsində peşəkar təhsil almaq üçün daha bir ideal fürsət yaranıb. Üstəlik, seçilmiş şəxslərin ödənişinin 6500-ni "PAŞA Holdinq" qarşılayacaq. Məktəb dünyaca məşhur Silikon Vadisi əsaslı "Holberton School"dur.

Övladlarınız, lap elə özünüz üçün də qeydiyyatdan keçə bilərsiniz. Burada təhsil fərqlidir. Ənənəvi metodlarla yox, birbaşa layihə əsaslı öyrədirlər. Yəni bir növ təhsil yox, iş mühiti yaradılıb. Təhsil proqramı isə "Tesla", "Google", "LinkedIn", "Apple" kimi şirkətlərdə çalışan mühəndislər tərəfindən hazırlanıb.

Ümumiyyətlə ixtisas dəyişimi etmək istəyən şəxslər də bu 9 aylıq proqramdan faydalana bilərlər. Şərtlər - ingilis dili biliyi və 18 yaşı tamamlamaqdır.

 

Xaqani Səfəroğlu, jurnalist:

- Qırğızlar deyəsən, yenə palka-ağacları götürüblər ələ... Möhkəm dayan, Japarov!

Bu millət hər beş ildən bir çevriliş eləməsə, rahat olmur elə bil...

"Hakimiyyəti ələ keçirməyə çalışırlar" - Qırğızıstan Təhlükəsizlik Komitəsi xəbərdarlıq etdi.

 

Vüqar Bayramov, millət vəkili:

- Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17,0 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub. Həmin müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Göründüyü kimi, ümumi xərcləmədə ərzaq məhsullarının payı yüksək olaraq qalmaqdadır. Bu o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın 1/4-i ərzaq məhsullarının alınmasına yönəldilir.

Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələblə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsrsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Ərzaq məhsullarının daha çox xərc payına malik olması yığım imkanlarını da məhdudlaşdırır.

 





24.05.2024    çap et  çap et