525.Az

Yanvar-apreldə 65 min pensiya, müavinət və təqaüd təyin olunub


 

Yanvar-apreldə 65 min pensiya, müavinət və təqaüd təyin olunub<b style="color:red"></b>

Cari ilin 4 ayında 65 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan 15 mini pensiya, 50 mini müavinət və təqaüd təyinatları olub.

525.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

 





24.05.2024    çap et  çap et