Tehranda Anarın “Mən, sən, o və telefon” adlı hekayələr kitabı çapdan çıxıb. Kitaba yazıçının eyni adlı hekayəsi, habelə “Gürcü familiyası”, “Vahimə”, “Yaxşı padşahın nağılı” hekayələri daxildir. Bu Anarın İranda nəşr olunan beşinci kitabıdır. İranda şair Vaqif Səmədoğlunun da şeirlər kitabı çap edilib.
Azərbaycan yazıçılarının İranda nəşr olunan “10 sentyabr” adlı hekayələr toplusuna Anarın, Yusif Səmədoğlunun, Afaq Məsudun, Sabir Əhmədlinin, Maqsud İbrahimbəyovun, Saday Budaqlının, Rəşad Məcidin, Əkrəm Əylislinin, Şərif Ağayarın, Murad Könhəqalanın yazıları daxildir.
Bakıda isə Vaqif Səmədoğluna həsr olunmuş məqalələrdən və şeirlərdən ibarət “Çıraq olmaq istəyirəm” adlı toplunu Azərbaycan Yazıçılar Birliyi şairin 75 illiyi münasibətiylə nəşr edib. Kitabın tərtibçisi Sona Xəyal, redaktoru mərhum Arif Əmrahoğludur.
çap et