525.Az

"Muscles USA"nın Bakıda yarışı keçiriləcək


 

"Muscles USA"nın Bakıda yarışı keçiriləcək<b style="color:red"></b>

ABŞ-nin Bodibildinq və Fitnes Federasiyası "Muscles USA"nın sabah Bakıda yarışı keçiriləcək.

525.az xəbər verir ki, Kaliforniya (Los-Ancelesdən) gələn federasiya rəsmiləri artıq bir neçə gündür ki, hazırlıqlarını davam etdirir. Belə ki, "Badamdar Hotel & Residence"də keçiriləcək müsabiqədə əcnəbi atletlər və məşqçilər də iştirak edəcək. Azərbaycandan da xeyli sponsoru olan yarışın qaliblərinə "pro kart" və müxtəlif mükafatlar veriləcək. 

Federasiyanın qurucusu Ben Samimi: "Muscles USA ilk dəfədir ki, Azərbaycana gəlir. Buradan əvvəl Gürcüstanda yarış təşkil etdik. Ümid edirik ki, bu yarış həm Bakı, həm də bizim üçün uğurlu olar", - deyə bildirib.

Qeyd edək ki, federasiya növbəti aylarda Böyük Britaniya və İsveçdə də yarışlar keçirəcək.

Məhəmməd Tağıyev

 





24.05.2024    çap et  çap et