525.Az

Kaliforniya Universitetində nümayişlər yenidən başlayıb


 

Kaliforniya Universitetində nümayişlər yenidən başlayıb<b style="color:red"></b>

ABŞ-nin Kaliforniya Universitetində (UCLA) tələbələr İsrailə etiraz etmək üçün yeni həmrəylik düşərgəsi yaradıb.

525.az xəbər verir ki, UCLA rektoru Cen Blokun ABŞ Konqresi tərəfindən universitetə bağlı kampuslarda yəhudi tələbələrin təhlükəsizliyini təmin etməməkdə ittiham edilməsi sırasında Los-Ancelesdə toplaşan yüzlərlə tələbə yenidən etiraz aksiyalarına başlayıb.

Tələbələr kampusdakı "Kerckhoff Hall" binasının eyvanına toplaşaraq taxta barrikadalar, metal hasarlar və stollardan istifadə etməklə yeni düşərgə sahəsi yaradıb.

Qeyd edək ki, universitet işçiləri etirazçılara dərhal şəhərciyi tərk etmələri barədə xəbərdarlıq edib.

Məhəmməd Tağıyev

 





24.05.2024    çap et  çap et