525.Az

Yeni Kaledoniyada ölənlərin sayı 7-ə yüksəlib


 

Yeni Kaledoniyada ölənlərin sayı 7-ə yüksəlib<b style="color:red"></b>

Fransanın Hind-Sakit Okeandakı koloniyası Yeni Kaledoniyada  bir nəfərin polis tərəfindən öldürülməsindən sonra adada baş verən hadisələrdə ölənlərin sayı 7-ə yüksəlib.

525.az xəbər verir ki, Yeni Kaledoniya Respublikası kimi tanınan koloniyanın paytaxtı Numeada Fransa hökumətinin konstitusiya islahatları qanun layihəsinə qarşı çıxan müstəqillik tərəfdarlarına qarşı əməliyyatları davam edir.

Numea Prokurorluğundan verilən açıqlamaya görə, 48 yaşlı bir nəfər polis gülləsinə tuş gələrək həyatını itirib. Prokurorluq saxlanılan polis əməkdaşına qarşı qəsdən adam öldürmə maddəsi ilə istintaq açıldığını bildirib.

Qeyd edək ki, mayın 13-dən bəri adada həyatını itirənlərin sayı 7-ə yüksəlib.

Məhəmməd Tağıyev

 





24.05.2024    çap et  çap et