525.Az

Yaponiya Fələstinin tanınması məsələsini nəzərdən keçirir


 

Yaponiya Fələstinin tanınması məsələsini nəzərdən keçirir<b style="color:red"></b>

Yaponiya hökuməti Yaxın Şərqdə sülh prosesinin irəliləyişini nəzərə alaraq, Fələstinin tanınması məsələsini hərtərəfli qiymətləndirəcəyini açıqlayıb.

525.az xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Kamikava Yoko paytaxt Tokioda keçirdiyi mətbuat konfransında Yaxın Şərqdə iki dövlətli həlli dəstəklədiklərini bildirib.

Kamikava: "Fələstinin tanınması ilə bağlı sülh prosesinin necə irəliləyəcəyini nəzərə alaraq, bu məsələni hərtərəfli qiymətləndirməyə davam edəcəyik", - deyib.

Qeyd edək ki, Kamikava Yaponiyanın Fələstinin azadlıq səylərini dəstəklədiyini bildirib.

Məhəmməd Tağıyev

 





24.05.2024    çap et  çap et