525.Az

Adanın ətrafında 49 Çin hərbi təyyarəsi və 26 gəmi görünüb - Tayvan


 

Adanın ətrafında 49 Çin hərbi təyyarəsi və 26 gəmi görünüb - <b style="color:red">Tayvan</b>

Çinin Tayvan və ona bağlı adaları əhatə edən hərbi təlimi zamanı adanın ətrafında 49 Çin hərbi təyyarəsi və 26 gəmi aşkarlanıb.

525.az xəbər verir ki, Tayvan Müdafiə Nazirliyinin "X" sosial media platformasındakı hesabından verilən açıqlamada son 24 saat ərzində 49 hərbi təyyarənin adanın ətrafında uçuş həyata keçirdiyi bildirilib.

Nazirlik tərəfindən dərc edilən xəritədə, təyyarənin Tayvanın şimal ucundakı Keelunq əyalətinə 40 dəniz mili (74,08 kilometr) və cənub ucunda Pingtung əyalətinə 57 dəniz mili (105,5 kilometr) məsafədə yaxınlaşdığı görülüb.

Qeyd edək ki, adanın ətrafında 19-u Çin donanmasına, 7-i isə Çin sahil mühafizəsinə aid olmaqla 26 gəmi aşkarlanıb.

Məhəmməd Tağıyev

 





24.05.2024    çap et  çap et