525.Az

Harvard Universitetində mindən çox tələbə rəhbərliyə etiraz edib


 

Harvard Universitetində mindən çox tələbə rəhbərliyə etiraz edib<b style="color:red"></b>

ABŞ-nin Harvard Universitetində keçirilən məzuniyyət mərasimində mindən çox tələbə rəhbərliyin Fələstinə dəstək nümayişlərində iştirak edən 13 tələbəyə diplom verməməsinə etiraz edib.

525.az xəbər verir ki, Harvard rəhbərliyinin daha əvvəl Fələstinə dəstək nümayişlərində iştirak etmiş 13 tələbəyə diplom verməyəcəyini açıqlamasından sonra 1000-dən çox tələbə "Azad Fələstin" şüarları səsləndirərək məzuniyyət mərasimini tərk edib.

Etirazçı tələbələrin təşkilatçılarından biri olan Şruti Kumar sözügedən 13 tələbənin 2024-cü il məzunları arasında olmalısının vacibliyini vurğulayıb.

Qeyd edək ki, 1500-dən çox tələbə və 500-ə yaxın universitet professoru və işçisi sözügedən 13 tələbənin diplomlarını ala bilməsi üçün imza toplayıb.

Məhəmməd Tağıyev

 





24.05.2024    çap et  çap et