525.Az

Vyetnamda 5 mərtəbəli binadakı yanğında 14 nəfər ölüb


 

Vyetnamda 5 mərtəbəli binadakı yanğında <b style="color:red">14 nəfər ölüb</b>

Vyetnamın paytaxtı Hanoyda 5 mərtəbəli binada baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 3 nəfər yaralanıb.

525.az "Vietnam News"a istinadən xəbər verir ki, binanın yerləşdiyi küçənin darlığı səbəbindən yanğınsöndürmə qruplarının vaxtında müdaxilə edə bilmədiyi yanğında 14 nəfər həyatını itirib.

Yanğınsöndürmə briqadaları binada olan 3 nəfərin yaralandığını, birinci mərtəbədəki 4 nəfərin isə pəncərədən atılaraq xilas olduğunu bildirib.

Səlahiyyətlilər xəstəxanada müalicə olunan üç nəfərdən birinin səhhətinin ağır olduğunu qeyd edib.

Yanğınla bağlı araşdırma başlayıb.

Malik Atilay 

 





24.05.2024    çap et  çap et