525.Az

Hindistanda fabrikdə baş verən partlayışda 9 nəfər ölüb


 

Hindistanda fabrikdə baş verən partlayışda 9 nəfər ölüb<b style="color:red"></b>

Hindistanın qərbindəki Maharaştra ştatında fabrikdə baş verən partlayış və ardınca yanğın nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Thane bölgəsinin rəsmisi Saçin Sejal "Press Trust of India" xəbər agentliyinə verdiyi açıqlamada, Thane rayonunda kimyəvi istehsal fabrikinin qazanında baş verən partlayışın yanğına səbəb olduğunu bildirib.

Sejal hadisə zamanı 9 nəfərin öldüyünü, 64 nəfərin yaralandığını bildirib.

Yanğın nəzarətə götürülüb, partlayışla bağlı araşdırma başladılıb.

Malik Atilay 

 





24.05.2024    çap et  çap et