525.Az

IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları ilə BSU-da görüş olub


 

IV Bakı Beynəlxalq Humanitar Forumun iştirakçıları  ilə BSU-da görüş olub<b style="color:red"></b>

Oktyabrın 2- IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu Bakı Slavyan Universitetinin qonağı oldu. Almaniyadan gələn Bakı Beynəlxalq Humanitar Forumunun Multikulturalizm dəyirmi masasınınKitabi Dədə QorqutNibelunqlarpanelinin iştirakçıları professorlar Hendrik Bushoten, Aksel E.V. Müller, Hans Yürqen Şoyer alim Ute Obhof  BSU-nun V.f.Humboldt adına tədris mədəniyyət mərkəzində Roman-German filologiyasının tələbə müəllim heyəti ilə görüşdə qədim orta əsr alman ədəbiyyatı əlyazmaları haqqında çıxış etdilər. AlmanlarınNibelunqlar nəğməsi” “Kitabi-Dədə Qorquddastanı ilə müqayisəli şəkildə müzakirə edildi. Qonaqlar tələbə müəllimləri maraqlandıran suallara ətraflı şəkildə cavab verdilər.

Oktyabrın 3- Bakı Slavyan Universitetində Forumun iştirakçıları tələbə müəllimlər üçün seminar, ustad dərsləri dəyirmi masalarda iştirak etdilər. Yaponiyanın Osaka Universitetinin dosenti Takayuki YokotamurakamiQərb Şərq dastanlarının müqayisəsimövzusunda bütün içtirakçıların böyük marağına səbəb olan ustad dərsi ilə yadda qaldı. O, öz çıxışında Qərb Şərq dastanlarının fərqli oxşar cəhətlərindən danışaraq qeyd etdi ki, bu baxımdan Yaponiya Azərbaycan dastanlarında da xeyli ümumi məqamlar mövcuddur. Burada həm süjet xətti kompozisiya oxşarlığının, həm adı çəkilən dastanların simli musiqi alətlərinin müşaiyəti ilə təqdim olunmasının böyük maraq doğurduğunu qeyd edən qonaq, dastanlarımızın əsas qəhrəmanlarının da xaraktercə bir-birinə çox yaxın olduğunu vurğuladı. Çıxışının yekununda yaponiyalı qonaq görüşdə iştirak edən Tərcümə fakültəsinin müəllim tələbələrinin çoxsaylı suallarını cavablandırdı.

 Rusiya Federasiyasının  A.S. Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya BSU-nun Rus Dili İnstitutunun rus dili kafedralarının əməkdaşlarına təqdim olundu. O, xarici ölkələrdə, o cümlədən rus dilinin öyrədilməsi işlənmə  sferasının genişləndirilməsi perspektivləri bununla bağlı açılan yeni imkanlar haqqında iştirakçılara geniş məlumat verdi. N.Rusetskaya rus dilinin tədrisi ilə bağlı yeni distant təhsil layihəsini təqdim etdi bildirdi ki, bu layihədə bütün maraqlı ölkələr iştirak edə bilər. Onun sözlərinə görə, artıq bu layihədə tərəfdaş kimi doqquz ölkə yer alıb. O bu layihənin BSU-da həyata keçirilməsində maraqlı olduqlarını xüsusi vurğuladı bildirdi ki, Puşkin adına Rus Dili İnstitutu BSU arasındakı mövcud əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasına müqaviləyə yeni bəndlərin əlavə olunmasına ehtiyac yaranıb. QonağaAzərbaycanda rus dili ədəbiyyatıjurnalının yeni sayları təqdim edildi.

Dəyirmi masada iştirak edən Prezident yanındaBilikFondunun təmsilçisi Fondun distant təhsillə bağlı layihələri barədə məlumat verdi bu sahədə Puşkin adına Rus Dili İnstitutu ilə əməkdaşlığın perspektivlərinə toxundu.

Rusiyanın birinci prezidenti B.N.Yeltsin adına Ural Federal Universitetinin İctimai Siyasi Elmlər İstitutunun Avropa tədqiqtaları kafedrasının müdiri, tarix elmləri doktoru, professor Aleksandr Nesterovun BSU-nun nəzdindəki  Moskva auditoriyasında tələbə müəllim heyyəti ilə görüşü baş tutdu. Keçirilən ustad dərsində tarixi aspektdən müxtəlif mövzular araşdırıldı. İştirakçıların marağına səbəb olan dərs tarixin fəlsəfəsi, tarix elminin ümumi problemləri, müasir tarixşünaslığın nailiyyətləri problemləri, mövcud geosiyasi vəziyyət, tarix elminin siyasiləşdirilməsi bu elm sahəsindəki saxtakarlıqlar haqqında müzakirələrlə davam etdirildi. Bu mövzular ətrafında geniş diskussiya aparıldı.

Tacikistan Respublikasının sabiq xarici işlər naziri Xanroxon Zarifi keçirdiyi ustad dərsində Tacikistanın dünya siyasi xəritəsində tutduğu mövqedən söhbət açdı. O, Tacikistanın daxili xarici siyasət kursu, bu respublikanın dünya geosiyasi məkanında tutduğu yer, həmçinin çoxvektorlu balanslaşdırılmış aktiv xarici siyasət kursu haqqında tələbələri məlumatlandırdı.

Moskva Dövlət Linqvistik Universiteti Ədəbiyyat kafedrasının müdiri, professor  Aleksandr Bondarev Filologiya fakültəsi tələbələri, müəllim magistrantlar üçünKonflikt  bədii əsərdə süjetyaratma reallığı kimimövzusunda ustad dərsi apardı. Filologiya fakültəsi tələbələrinə yaxşı tanış olan ədəbiyyatşünas-alim qoyulan suallara maraqlı cavablar verdi onların da müzakirələrə qoşulmasına şərait yaratdı.

BSU-nun rektoru Asif Hacıyev Forumun iştirakçısı olan İsrailin Hayfa Universitetinin rektoru prof. David Faracini qəbul etdi. Səmimi keçən görüşdə universitetlərarası dialoq əməkdaşlıq planları müzakirə olundu.  

S.ABDULLAYEVA

 





06.10.2014    çap et  çap et