525.Az

BMT Çin və Tayvanı təmkinli olmağa çağırıb


 

BMT Çin və Tayvanı təmkinli olmağa çağırıb<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatı (BMT) Çinin suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinq-tenin vəzifəyə başlamasından üç gün sonra ada və onun ətrafını əhatə edən hərtərəfli hərbi təlimə başlamasından sonra daha təmkinli olmağa çağırıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Tayvan boğazındakı hadisələri yaxından izlədiklərini ifadə edən Dujarrik: "Bütün tərəfləri bölgədə gərginliyi artıracaq addımlardan qaçmağa çağırırıq", - deyib.

Dujarrik BMT-nin Baş Assambleyanın Çinlə bağlı 1971-ci il qətnaməsinə uyğun hərəkət etdiyini bildirib.

Suverenlik mübahisəsi olan Tayvanın yeni lideri Lai Çinq-te vəzifəyə gəldikdən üç gün sonra Çin adanı və onun ətrafını əhatə edən hərtərəfli hərbi təlimlərə başladığını açıqlayıb.

Qeyd edək ki, Çin Xalq Respublikasının öz ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqillik əldə edib. Son illərdə Tayvana hərbi təzyiqləri artıran Pekin administrasiyası, adanın materiklə birləşdirilməsi üçün lazım gələrsə, güc tətbiqini istisna etməyəcəyini vurğulayıb.

Malik Atilay 

 





24.05.2024    çap et  çap et