525.Az

Nigeriyada filmlərdə və kliplərdə siqaretdən istifadə etmək qadağan edilib


 

Nigeriyada filmlərdə və kliplərdə siqaretdən istifadə etmək qadağan edilib<b style="color:red"></b>

Nigeriya hökuməti filmlərdə, səhnəciklərdə və kliplərdə siqaret çəkməyi qadağan edib.

525.az xarici mediaya istinadən bildirir ki, Nigeriya Milli Film və Video Senzura Şurasının baş direktoru Şaibu Hüseyni Enuqu əyalətində keçirilən “Siqaretsiz Nollivud” proqramına qatılıb.

Hüseyni burada verdiyi açıqlamada ölkədə kino sənayesində siqaretin geniş yayılmasına qarşı valideynləri tədbir görməyə çağırıb.

Ölkənin kino sənayesi olan Nollywoodda hökumətin film, tamaşa və kliplərdə siqaret istifadəsinə qadağa qoyduğunu ifadə edən Hüseyni, həmçinin zorakılıq, cinayət və ictimai dəyərlərə uyğun gəlməyən hərəkətlərin də qadağan ediləcəyini bildirib.

"Biz sıfır, tamamilə tüstüsüz Nollivuda necə nail ola biləcəyimizi görmək üçün var gücümüzlə ilə işləyəcəyik", - Hüseyni vurğulayıb.

Qeyd edək ki, Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada siqaret çəkmək ictimaiyyət arasında ayıb sayılır.

Malik Atilay 

 





24.05.2024    çap et  çap et