525.Az

Qəzzada BMT-nin daha bir əməkdaşı öldürülüb


 

Qəzzada BMT-nin daha bir əməkdaşı öldürülüb<b style="color:red"></b>

BMT TŞ münaqişə zonalarında humanitar yardım işçilərinin və təşkilat əməkdaşlarının mühafizəsinə dair qətnamə layihəsini qəbul edib.

525.az Report-a istinadən xəbər verir ki, qanun layihəsi 15 üzvdən ibarət TŞ-də 14 lehinə səslə qəbul edilib, Rusiya səsvermədə bitərəf qalıb.

İsveçrənin BMT-dəki daimi nümayəndəliyinin Şuraya təqdim etdiyi qətnamə bütün dövlətləri humanitar işçiləri və BMT-nin əməkdaşlarına mühafizə etməyə çağırır.

Qeyd edək ki, Yaxın Şərqdə münaqişə başlayandan bu yana bölgədə fəaliyyət göstərən 194 humanitar yardım işçisi öldürülüb. BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzada daha bir BMT əməkdaşının öldüyünü açıqlayıb.

 





24.05.2024    çap et  çap et