525.Az

67-ci Kann kinofestivalının filmlər Heydər Əliyev Mərkəzində göstəriləcək


 

67-ci Kann kinofestivalının filmlər Heydər Əliyev Mərkəzində göstəriləcək<b style="color:red"></b>

Butaİncəsənət MərkəziFilm Delicatessençərçivəsində 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filmini, o cümlədən Azərbaycan istehsalı olanSonuncu” (“The Last one”) filminin premyera nümayişini təqdim edəcək.

Butaİncəsənət Mərkəzindən  AzərTAc- a bildiriblər ki, təqdimat oktyabrın 24- Heydər Əliyev Mərkəzində olacaq.

Butaİncəsənət Mərkəzi Azərbaycan tamaşaçısına bir axşam ərzində dünyanın nüfuzlu kinofestivalının əsas müsabiqəsində iştirak edən filmlərlə tanış olmağa eksklüziv imkan yaradacaq.

Həmin günExecution” (Macarıstan-Rumıniya), “Yes we love” (Norveç), “The invisible spaces” (Gürcüstan), “Aissa” (Fransa), “Leidi” (Böyük Britaniya-Kolumbiya), “Crocodile” (Böyük Britaniya), “Skunk” (ABŞ), “Sonuncu” (The Last one), (Rusiya-Azərbaycan) qısametrajlı filmləri nümayiş olunacaq.

Ümumilikdə 128 ölkədən 3450 filmin göndərildiyi 2014- ildə keçirilmiş Kann kinofestivalı Azərbaycan üçün xüsusi olub. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasının prodüserləşdirdiyi film Kann festivalının əsas müsabiqə proqramına daxil edilib. “Buta Filmsşirkəti C.Cabbarlı adınaAzərbaycanfilmKinostudiyasının birgə istehsalı olanSonuncunun fəlsəfi məsəli xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülüb nəhayət öz vətənində tamaşaçısını tapacaq.

Sonuncu” (“The Last One”) quruluşçu rejissor Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir.

Qoca hər kəsi itirmişdi. Dostlarını, həyat yoldaşını, övladlarını... Ancaq o tənha deyildi. Dəhlizdə köhnə soyuducu səs salırdı. Sonuncu dəfə insanlarla vaxt ünsiyyətdə olduğu qocanın heç yadında deyildi o, hər axşam ölmək üçün yatağına uzanırdı. Səhər yuxudan oyanarkən o yavaş addımlarla soyuducunun yanına gedirdi. Soyuducunu yaxşı həmsöhbət adlandırmaq olmazdıo gah yerində titrəyir, gah uğuldayır, gah da birdən-birə sözünü tamamlamamış susurdu. Amma hər qədər olsa da, o qoca üçün ailəsini dostlarını əvəz edirdi.

Sonuncu gün adi başlamışdı. Qoca yuxudan oyandı eyvana getdi. Ancaq soyuducu artıq canını tapşırmışdı...

Fəlsəfi ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Şabran şəhərində, Sura kəndində aparılıb.

Filmdə baş rollarda azərbaycanlı aktyorlarİdris Rüstəmov Corc Qafarov çəkiliblər.

Sonuncusadəcə film deyil. “Sonuncufilmi rusiyalı azərbaycanlı gənc prodüserlərinMariya İvanova Nəsib Piriyevin uğurlarının tarixçəsidir. 80-dən çox film dövri verilişlər çəkmiş efirə təqdim etmiş, sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınadılar dərhal da Kann kinofestivalının iştirakçısı oldular.

Buta filmskino şirkəti – “Butaİncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün prioritet məsələ sayan peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır.

Cari ilin may ayından etibarənSonuncufilmi planetin böyük festivallarında iştirak edir. San-Paoloda (Braziliya) keçirilən qisametrajlı filmlərin beynəlxalq kinofestivalındaSonuncu” 2014- ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olunub.

 





06.10.2014    çap et  çap et