525.Az

"O ses Türkiye"də Azərbaycanın favoriti (VİDEO)


 

"O ses Türkiye"də Azərbaycanın favoriti <b style="color:red"> (VİDEO)</b> Dünən gecə dünyanın məşhur "The Voice" yarışmasının Türkiyə variantında azərbaycanlıların çıxışı xüsusi maraqla qarşılanıb.

525.az-ın məlumatına görə, həmyerlimiz Elgün Quliyev Cahangir Cahangirovun "Ay qız" bəstəsini oxuyub. Münsiflər heyətinin 3 üzvü- Mustafa Sandal, Hülya Avşar və Murat Boz onu komandalarında görmək istəyiblər. Elgünün münsiflər heyətiylə dialoqu, verdiyi cavablar yaddaqalan olub.

Elgünün əməkdar artist Elxan Quliyevin oğlu, Elnur Quliyevin qardaşı olduğu deyilir. Sonda Elgün Quliyev Mustafa Sandalı seçib. 16 ildir Türkiyədə yaşayır.

Digər azərbaycanlı Aynurə Əhmədova isə "Sitem" adlı türk mahnısı ifa edib və Hülya Avşarın komandasına daxil olub.

Videoda Elgünün ifasını və danışığını izləyə bilərsiniz.


Vidivodo.com : elgün guliyev - ay gız - o ses türkiye - acunmedya  :
 





13.11.2012    çap et  çap et