525.Az

Paşinyan helikopteri məcburi eniş etdi - YENİLƏNİB


 

Paşinyan helikopteri məcburi eniş etdi - <b style="color:red"> YENİLƏNİB</b>

“Əzizlərim, hər şey qaydasındadır. Əlverişsiz hava şəraiti ilə əlaqədar vertolyotumuz Vanadzorda planlaşdırılmamış eniş edib”.

525.az xəbər verir ki, helikopterinin təcili enişinə münasibət bildirən Ermənistan Baş naziri Nikol Paşinyan bunu "Facebook" hesabında paylaşıb.

“İndi maşınla səyahətə davam edirik. Hər kəsə xoş gün arzulayıram”, - o əlavə edib (APA).

***

Ermənistan Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna məcburi eniş edib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan teleqram kanalları məlumat yayıb.

İlkin məlumata görə, baş nazir Paşinyan Taşirə gedirmiş.

 





25.05.2024    çap et  çap et