525.Az

Təhsilimizin əsgəri


 

Təhsilimizin əsgəri<b style="color:red"></b>

36 il bundan qabaqdı – 1978-ci il. Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun qiyabi aspiranturasından əyanisinə dəyişilərək Bakıya gəlmiş, İnstitutdaoxumağabaşlamışdım. Xarici dil dərsində birgə oxuduğum aspirant yoldaşlardan biri elə həmin il aspiranturaya girmiş Əsgər Quluyev idi. Səmimiliyinə, yüksək savadına, hazırcavablığına, şən davranışına görə diqqətimi cəlb etdi tezliklə dostlaşdıq. 1981-ci ildə ikimiz aspiranturanı bitirdik, ancaq çətin həyat problemləri üzündən yalnız iki il sonra – 1983- müdafiə etdik. Ayrı-ayrı şöbələrdə çalışırdıq. Təvazökarlıqdan qədər uzaq olsa da, deməliyəm ki, institutda ən perspektivli gənc dilçilərdən sayılırdıq. Respublika televiziya radiosunda maraqlı verilişlər aparırdıq. 1985-ci ildə görkəmli alim siyasi-ictimai xadim, millət vəkili rəhmətlik Aydın Məmmədov İnstitutda yeni şöbə açdı buraya yalnız gəncləri topladı, Əsgərlə məni bu şöbəyə baş elmi işçi götürdü. Beləliklə, biz İnstitutun tarixində bu vəzifəni tutmuş ən gənc alimlər olduq. Şöbənin sosiolinqvistika üzrə elmi-tədqiqat işləri ilə bağlı olaraq Moskvaya birgə elmi ezamiyyətə getdik, SSRİ EA-nın müxtəlif institutlarında ən görkəmli alimlərlə görüşüb fikir alış-verişi etdik. Azərbaycan elmində ilk dəfə olaraq etnososioloji anketlər, sorğu vərəqələri tərtib etdik bir çox başqa faydalı işlər gördük. Ancaq məncə, görülən işlər içərisində ən faydalısı nəşrinə Aydın Məmmədovun başladığıAzərbaycan filologiyası məsələləritoplusunun nəşrində yaxından iştirakımız oldu.

1985-ci ildə mən Akademiyanın yeni yaradılmışElmqəzetinə redaktor təyin edildim Dilçilik İnstitutundan ayrıldım, ancaq Ə.Quluyevlə əlaqələrim indi başqa sahədə davam etdi.

Bura çatanda kiçiciktexniki fasiləelan edərək oxucuları Əsgər Quluyevin ömür yolu ilə lap qısaca tanış etmək istərdim...

Əsgər Qədir oğlu Quluyev 1954- ildə Gədəbəy rayonunun Daryurd kəndində dünyaya göz açıb. 1961-71-ci illərdə öncə Daryurd məktəbində oxuyub, sonra orta təhsilini Əli İsmayıllı kənd məktəbində başa vurub. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin əyani şöbəsinə girərək oranı 1975-ci ildə fərqlənmə diplomu ilə bitirib. O, İnstitutun ən seçilən qabaqcıl tələbələrindən olub, Nizami Gəncəvi adına Dövlət təqaüdü alıb.

1975-ci ildə gənc müəllim təyinatla Xaçmaz rayonuna göndərilib. Burada o, Xanlıqoba Qalağan kənd məktəblərində müəllim işləyib. Üçillik təyinat müddəti bitdikdən sonra 1978-ci ildə Azərbaycan EA Dilçilik İnstitutunun əyani aspiranturasına girib. O, İnstitutun direktoru akademik Məmmədağa Şirəliyevin elmi rəhbərliyi altında dissertasiya işini hazırlamağa başlayıb onu 1983- ildə müdafiə edib. 1981-1990- illərdə Dilçilik İnstitutunda öncə kiçik, sonra baş elmi işçi vəzifələrində çalışıb, 1990-1992-ci illərdə Elmlər Akademiyasının əyani doktorantı olub.

Bu qısa tanışlıqdan sonra yenə geriyə dönürəm.

Yanılmıramsa, 1985-ci ildə şöbə müdiri Aydın Məmmədov həm Akademiyanın humanitar məsələlər üzrə akademik-katibi Məmməd Cəfərin elmi katibi təyin edildi. Təbii ki, o da vaxtının çoxunuİsmailiyyəElmlər Akademiyası Rəyasət Heyətinin indiki binasında Məmməd Cəfər müəllimlə bir kabinetdə keçirirdi. Çox keçmədi ki, Aydın müəllim , Məmməd Cəfər müəllim Əsgər Quluyevin savadından idarəçilik işində yararlanmağa başladılar. O dönəmdə akademik-katibliyin işinin rəvan getməsində Ə.Quluyevin əməyi vardı. Redaktoru olduğumElmqəzeti İsmailiyyə yerləşdiyinə görə biz tez-tez görüşür mən onun buradakı işləriylə tanış ola bilirdim. O, “Elmqəzetində çıxış edir, dilimizin ən müxtəlif problemləri haqqında səhifələr dolusu müzakirələr açırdı.

1987-ci ildə mən EA-nın Əlyazmalar İnstitutunda şöbə müdirliyinə keçdim. İş binalarımız qonşu olduğuna görə yenə tez-tez görüşürdük. Elə bu zamanlar ümumittifaqSovetskaya türkologiya” (sonralar: “Türkologiya”) jurnalının redaktor müavini təyin edilmiş Aydın Məmmədov Əsgərlə məni jurnalla əməkdaşlığa cəlb etdi. Biz oradaİrsadlı yeni rubrika açdıq 1930-cu illərdə repressiya olunmuş dilçi alimlərin həyat yaradıcılığı haqqında məqalələr verməklə yanaşı, onların elmi əsərlərindən nümunələr dərc etdirdik. Əsgər Quluyevlə mənim qoşa imzamızla 1988-1990- illərdəSovetskaya türkologiyada dərc edilmiş prof. A.R.Zifeldt-Simumyagi, Abdulla Şərifov, prof. Qulam Bağırov, prof. Bəkir Çobanzadə, prof. İdris Həsənov haqqında yazılar onların ölümündən sonra sovet dilçiliyində işıq üzü görən ilk məqalələr idi.

1992-ci ildə mən təhsil nazirinin müavini kimi dərslik proqram məsələləri ilə məşğul olmağa başladım. Bu, çox ağır məsuliyyətli idi. Mənə yardım göstərməyi dost kimi Əsgərdən xahiş etdim. Sözümü yerə salmayıb Nazirliyə gəldi, az sonra Tədris ədəbiyyatı nəşriyyatlar idarəsinin rəisi təyin edildi. Hüseyn Quluyev, Esmira Şıxəliyeva başqa əməkdaşları ilə birgə müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan yeni proqram dərsliklərinin yaradılmasında Əsgər Quluyevin əvəzsiz xidmətləri oldu.

O zaman ölkə müharibə aparırdı, iqtisadi durum acınacaqlı idi. Ə.Quluyevin idarəsi proqram dərsliklərin 4 ay müddətində hazırlanması məqsədi ilə yaradılmış Fövqəladə Elmi-Metodik Şuraya Nazirliyin yeni Vahid Elmi-Metodik Şurasına mindən artıq alim, metodist müəllimi cəlb etdi. Bunun sayəsində Təhsil Nazirliyi qısa müddətdə yeddi əsas fənn üzrə tam yeni proqram hazırladı onların hər birini ən azı 10 min tirajla mətbuatda çap etdirdi. Bu proqramlar əsasında 82 adda yeni dərslik yaradıldı ki, bir ildə belə nəhəng həcmli işin öhdəsindən hətta Rusiya Türkiyə kimi bu sahədə zəngin təcrübəsi olan dövlətlər belə gələ bilməzdi!

O dövrdə dərslikləri təkcəMaarifnəşriyyatı nəşr edirdi. 1992-ci ildə həmin nəşriyyat rəsmən bildirdi ki, o, yalnız 30 adda dərsliyi nəşr edə bilər. Bu zaman Nazirlik hökumətin qərarı ilə özününÖyrətmən” (sonralar: “Təhsil”) nəşriyyatını yaratmağa məcbur oldu. Daha sonra da nəşr ediləcək dərsliklər üçün xaricdən kağız alınıb gətirildi. Bütün bu sadaladığım işlərdə ən böyük ağırlıq təşkilatçı kimi Əsgər Quluyevin çiyinlərinə düşmüşdü. Ə.Quluyev dərslik işində həm müəllif kimi iştirak edirdi.

1993- ilin sonunda mən Nazirlikdən ayrılaraq indiyədək çalışdığım Bakı Avrasiya Universitetində (o zaman Ali Diplomatiya Kolleci adlanırdı) müəllim işləməyə başladım Ə.Quluyevlə əlaqələrim onun işinin gərginliyi üzündən seyrəldi. Nadir hallarda görüşür, zəngləşir, hal-əhval tuturduq... 

Bunu da hökmən xatırlatmalıyam ki, bir qrupdərslik ekspertiyeni nazir təyin olunmuş mərhum Lidiya Rəsulovanın dövründə dərslik proqramlara aramsız hücumlar edirdi. Yüzlərcə alim, müəllim metodistin gerçəkdən qəhrəmancasına əməyi sayəsində yaradılmış yeni dərslik proqramlarımızın taleyi ciddi təhlükə altında idi. Bu zaman məhz Əsgər Quluyevin cəsarəti prinsipiallığı sayəsində həmin proqram dərsliklər məhv olmaq məktəblərimiz isə uzun illər dərsliksiz qalmaq təhlükəsindən qurtardı! Təcrübəli idarəçi Lidiya Rəsulova bir çox sınaqlardan sonra ona tam inandı, bədxah ağızları susdurdu bunun sayəsində həmin dərsliklər həyata vəsiqə alaraq məktəblərimizdə on ildən artıq istifadə olundu...

Dərsliklərin hazırlanması qədər çətin prosesdirsə, o zaman onların nəşri daha mürəkkəb problem idi. Həmin dərsliklərin Türkiyədə nəşri yalnız Əsgər Quluyevin bacarığı, cəfakeşliyi, vətənpərvərliyi sayəsində gerçəkləşdi! Onun bu yolda çəkdiyi əzab-əziyyətlər geniş bir kitabın mövzusu ola bilər. Məhz dərslik məsələsinə olan istək Əsgəri doktorluq dissertasiyasını müdafiə etməyə imkan vermədi. Ancaq bununla belə, Əsgər məmurluqla müəllimliyi uzlaşdırmağı ləyaqətlə bacardı. Belə ki, Nazirlikdə işlədiyi bütün dövrdə Bakı Dövlət Azərbaycan Dillər Universitetlərində müəllimlik peşəsini davam etdirdi. Buna görə , “Əməkdar müəllimfəxri adına layiq görüldü.

Əsgər Quluyev sonrakı illərdə dərsliklərin təkmilləşdirilməsi yeni dərsliklərin yaradılması işində savad bacarığını əsirgəməyib. Ancaq təəssüf ki, onun əməyi o zamanlar Nazirlikdə layiqincə qiymətləndirilmədi vəzifəsi illər ötdükcə sıravi əməkdaşadək kiçildildi. Məncə, bunun başlıca səbəbi Əsgərin şəxsiyyətcə çox müstəqil adam olmasında, prinsipiallığında, heç kəsdən çəkinmədən sözü üzə deməsində, necə deyərlər, “qabağından yeməməsindəidi. Ancaq o, əsl alim kimi yaradıcılığında idi. Dərsliklər təhsil tariximizlə bağlı kitablar yazmaqda davam edirdi. Həmin illərdə Əsgər Quluyev Azərbaycan tarixşünaslığında ilk dəfə olaraqAzərbaycan Respublikasının dövlət rəmzləri” (Bakı, 2001, 278 s.), “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində” (Bakı, 2003, 250 s.) kimi dəyərli monoqrafiyalarını çap etdirdi. Eyni zamanda on ildən artıq məktəblərdə uğurla istifadə edilmiş I-IV siniflər üçün 4 hissədən ibarətAna sözüdərs vəsaitinin, V-VI siniflər üçünƏdəbiyyatdərsliklərinin, Türkiyədə çap olunmuş türk liseyləri üçün nəzərdə tutulmuş 2 cildlikTürk dünyası ədəbiyyatı” (Ankara, 2003) dərs kitabının əsas müəlliflərindən biri kimi dərslik yaradıcılığına öz töhfəsini verdi. Bu illərdə apardığı araşdırmalar içərisində Azərbaycan Milli Ensiklopediyasının xüsusiAzərbaycan” (Bakı, 2006) cildindəki (Azərbaycan rus dillərində çap edilib) onun qələmindən çıxmışTəhsiloçerkini ayrıca qeyd etmək istərdim. Ümumiyyətlə, indiyədək Əsgər Quluyevin 170-dən artıq əsəri çap olunub. O, hazırdaAzərbaycan maarifinin korifeyləriadlı kitabını çapa hazırlayır...

Çox xoşdur ki, ötən il Təhsil Nazirliyinin yeni rəhbərliyi tərəfindən Əsgər müəllimin dərslik problemləri üzrə bilik təcrübəsinin tətbiqinə daha geniş imkanlar yaradıldı o, Nazirliyin Tədris resursları şöbəsi müdirinin müavini təyin edildi. Beləliklə, o, yenidən dərslik sahəsində qaynar fəaliyyətə döndü.

36 illik dostumun bu günlərdə – 18 sentyabrda 60 yaşı tamam oldu. Ancaq inanıram ki, milli təhsilimizin həqiqi əsgəri olan Əsgər Quluyevin bu 60 ili qədər şərəflə yaşanıb, xalqımız, millətimiz üçün qədər faydalı məhsuldar olubsa, o, bundan sonrakı fəaliyyəti ilə təhsil tariximizə öz imzasını əbədi həkk edəcək!

 





06.10.2014    çap et  çap et