525.Az

Koreya Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib


 

Koreya Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib<b style="color:red"></b>

Koreya Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

525.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm".

 





25.05.2024    çap et  çap et