525.Az

"Türkmənistanda Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk" -  Qurbanqulu Berdiməhəmmədov


 

"Türkmənistanda Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk" - <b style="color:red"> Qurbanqulu Berdiməhəmmədov</b>

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi 28 May Müstəqillik günü münasibətilə təbrik edib.

525.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Hazırda Azərbaycan malik olduğu böyük potensialdan bəhrələnərək müxtəlif istiqamətlər üzrə sürətlə inkişaf edir. Ölkənin bütün dünyada getdikcə artan nüfuzu bunun sübutudur.

Türkmənistanda Azərbaycan Respublikası ilə çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, xalqlarımızın dostluğu və qardaşlığı gələcəkdə də Türkmənistan-Azərbaycan məhsuldar münasibətlərinin təkmilləşdirilməsinə kömək edəcəkdir.

Bu fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

 





25.05.2024    çap et  çap et