525.Az

Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub


 

Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Qazaxıstanda səfərdə olub<b style="color:red"></b>

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup hərbi qulluqçusu bu ölkədə səfərdə olub.

525.az-a Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan nümayəndə heyəti Hərbi Polis Mütəxəssislərinin Hazırlıq Mərkəzində hərbi polisinin gündəlik fəaliyyəti, kinoloji xidmətin təşkili, maddi-texniki təchizat və təlim proqramı, eləcə də silahlanmada olan hərbi texnika ilə tanış olub, bölmələrin nümayiş məşğələsini izləyib.

Azərbaycan və Qazaxıstan respublikalarının hərbi polis nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Müdafiə Nazirliyinin nümayəndə heyəti səfər çərçivəsində, həmçinin Qazaxıstan Respublikasının Dövlət Hərb Tarixi Muzeyi və Milli Muzeyində, eləcə də digər görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.

 





25.05.2024    çap et  çap et