525.Az

Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edib


 

Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edib<b style="color:red"></b>

Milli Məclisin deputatları Rauf Əliyev, Jalə Əliyeva, İltizam Yusifov və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman, İqtisadiyyat və maliyyə, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və Hüquqi məsələlər üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün 21-26 may tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərinə səfər ediblər.

525.az xəbər verir ki, keçirilən işgüzar iclaslar zamanı “Rəqəmsal media resursları mühitində elektron kommunikasiya haqqında”, “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Paytaxtların, dövlət əhəmiyyətli şəhərlərin və region mərkəzlərinin statusu haqqında”, “Dövlət kadastr qiymətləndirməsi haqqında” və digər model qanun layihələri müzakirə olunaraq bir sıra təşkilatı məsələlərə baxılıb.

 





25.05.2024    çap et  çap et