525.Az

İranın qərbində qaz kəməri partlayıb, ölənlər var


 

İranın qərbində qaz kəməri partlayıb, ölənlər var<b style="color:red"></b>

İranın qərbindəki Abdanan şəhərində qaz kəmərində partlayış baş verib.

“Report” xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

“Partlayış nəticəsində yaxınlıqdakı ev dağılıb. İki işçi ölüb, ikisi yaralanıb", - şəhər administrasiyasının açıqlamasında bildirilir.

İlkin məlumatlara görə, partlayış özəl telekommunikasiya şirkətlərindən birinin qazıntı işləri aparması və təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən baş verib.

 





25.05.2024    çap et  çap et