525.Az

Ərazi məsələsindəki müvəffəqiyyətimiz - M.Ə. Rəsulzadə


 

Ərazi məsələsindəki müvəffəqiyyətimiz - <b style="color:red">M.Ə. Rəsulzadə</b>

Məhəmməd Əmin Rəsulzadənin əsərləri - V  cild  (1918 – aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın  əlifbasına çevirəni,ön sözün müəllifi, lüğətin tərtibçisi Şirməmməd Hüseynov Transliterasiya redaktorları: professor  Şamil Vəliyev elmi işçi Samir Xalidoğlu (Mirzəyev)  

(
Əvvəli ötən şənbə sayımızda)
    
    

Lənkəran düşmənlərdən təmizləndi.


Muğana
çəkilən xaxollar Azərbaycan ordusunun vürudi üzərinə silahlarını təslim etməgə başladılar.


Qarabağ
erməniləri Azərbaycan hakimiyyətinə boyun qoydular.


Naxçıvan
, Şərur Dərələgöz qəzaları həq
siz olaraq kəndisinə təhəkküm etmək istəyən erməni soldatlarını məmləkətdən çıxartdılar.


İşdə
mətbuatı-milliyyənin son həftələr içərisində nəşr etməkdə olduğu mühüm xəbərlər silsiləsi.


Azərbaycan
Cümhuriyyətinin ərazi məsələsindəki maəql tələbatı ilə aşina olanlar bu xəbərləri oxurkən
hökuməti
-hazirənin müvəffəqiyyətini təslim məcburiyyətində qalacaqlardır.


Demək
olur ki, kabinə proqramının bu fəsli haman-haman tətbiq edilmişdir.


Bu
nöqteyi-nəzərdən bundan doqquz ay əvvəlki vəziyyətimizlə şimdiki vəziyyətimiz müqayisə edilərsə görünür ki, bir çox bədbinlərin təsəvvürü ilə imdiki böyük bir müvəffəqiyyət Azərbaycan xəlqinin nəsibi olmuşdur.


Doqquz
ay bundan müqəddəm ümumi vəziyyəti-siyasiyyənin dəgişməsi ilə ingilislərin Azərbaycana qədəm
qoyduqları
zaman bütün mövcudiyyətimiz təhlükədə təsəvvür oluyor, daxilən dəxi Qarabağ, Lənkəran, Borçalı kibi vətənin ayrılmaz parçaları bizi tanımayan yabançı əllərdə bulunuyordu. Naxçıvan, Şərur Dərələgöz qəzaları ilə Sürməli sair bu kibi Azərbaycan əhalisi ilə məskun olan vilayətlərimizin müqəddəratı dəxi mərkəzdən uzaq olmaları həsbilə olduqca qaranlıq bir şəkildə idi.


Bu
gün ingilisləri dostanə bir şəkildə yola saldıqda ərazi məsələmizin daha müvafiq bir şəkildə həll edilmiş olduğunu görüyoruz. Təbii fövqdə zikr olunan məsələlərdən başqa ərazi proqramına daxil olub bir an əvvəl həllini tələb edən Zəngəzur məsələsi ilə Borçalı məsələləri vardır.


Fəqət
bunlardan birincisi yaxın bir zamanda həll olunacağı kibi o birisi müttəfiqlərimiz Gürcüstan ilə sülhən həll oluna biləcək bir hala qoyulmuşdur. Hər halda bu məsələ bizi kəndisi ilə bərabər daha mühüm bir təhlükeyi-ümumiyyə qarşısında bulunduğumuz bu təhlükənin rəfi üçün silah arkadaşı olduğumuz Gürcüstan ilə pozuşduracaq mahiyyətdə degildir.


Şu
surətlə Nəsib bəy kabinəsi başlıca məqsədləri içərisində ən mühimini təşkil edən ərazi məsələsini əsasən həll etmiş kibidir.


Şimdi
ərazi məsələsi degil, Azərbaycan üçün hüdudunu təyin təmin etmək məsələsi qalıyor ki, bu bir tərəfdən zamanə, digər tərəfdən tədabili-siyasiyyəyə ələlümum da qüvayi-əskəriyyəyə bağlı bir məsələdir.


Təbiidir
ki, kabinəsinin digər xüsusatı-idarədəki gördüklərini bir tərəfə qoyub yalnız bu xüsusdakı tətbiqatını alırsaq kəndisini təyin ilə iki məqsədlərinin yüzdə əllisində müvəffəq olduğuna hökm etmək məcburiyyətindəyik.


Kabinənin
bu xüsusdakı müvəffəqiyyəti heç şübhəsiz ki, əskəri təşkilatımızda göstərilən fəaliyyətlə müvəffəqiyyətə bağlıdır.

Bundan dörd ay əvvəl əskərlərimizdə fərarilik vardı. Xəlq lazım olduğu həvəslə əskər vermiyordu. Təşkilati-əskəriyyəmizdə nöqsan vardı. Bilxassə xəstəlik əskərləri qorxuduyordu. Əskərlər iaşələrindən şikayət ediyorlardı.


İştə
o zaman Azərbaycan Cümhuriyyətinin təlimati-mülkiyyəsi təmin edilmiş degildi. Şimdi tamamiyyəti-mülkiyyəmiz felən təmin edilməgə mütənasib olaraq qüvayi-əskəriyyəmizin kəmiyyət keyfiyyətini nəzəri-etinaya mühakiməyə alırsaq görüyoruz ki, bu iki hal arasında bir növ münasibət vardır.


Ordumuz
əlhəmdülillah sağlam, fərarimiz yox kibi, xəstəliklər yox, məmləkətin nöqteyi-mühimmisində ümidli olaylar duruyor. Lənkəran, Qarabağ, Naxçıvan təslim oluyor.


Bu
gün deyə biləriz ki, qismi-küllisində təmin edilmiş olan Azərbaycan ərazisi üzərində yaşayan türk xəlqində getdikcə möhkəmləşən fikri-istiqlal fədakarı nəticəsində cümhuriyyətimiz daxili əngəllərdən təmin edilmişdir.


Bu
gün bütün xəlqimizi, hər bir vətəndaşı əndişədar edəcək bir məsələ varsa, o da Şimaldakı qüvvənin təhdididir. Fəqət daxildəki məsələmiz həll olunduğu bir zamanda bu kibi təhlükələr istiqlalını göz bəbəyi kibi qorumağa and içmiş olan bir millət üçün qorxulu olamaz.


Yetişər
ki, hökumət idarəsi ilə əlaqədar olan bəzi siyasi məhfillərimiz ümuri-idarədəki əsaslı müvəffəqiyyətləri gözdən uzaq buraxıb da əksərən prinsipdən ziyadə bir takım şəxsi təmayülatə qapılıb siyasət oyunu çıxartmasınlar.

Bitərəf xəlq əlbəttə görüyor ki, bu qədər dedi-qodularla bərabər hökumət tutduğu yol ilə ciddiyyətlə gediyor digər məsail arasında pək həqli olaraq məsələnin canını təşkil edən xarici siyasətlə ərazi məsələlərində gündən-günə müvəffəqiyyətlərə nail oluyor. Böylə iki yeni böhranlar törətməgə mətlub olantənqidlərin cavabı olduğunu əfkari-ümumiyyə kəndisi verər.

Azərbaycan”, 28 ağustos

(avqust) 1919, №262

 

Məsuliyyətimiz artdı!

        

Məqaləmizin ünvanını oxuyan qarelər, əcəba, oldu? Könül arzu etməyən bir hadisəmi oldu? – deyəcəklərdir.

Fəqət heç təlaş edilməsin: könlü rəncidə edəcək bir hadisə yox, biləks sevincli vəqələr vardır!

Bir il altı aydan ziyadə ana vətəndən ayrı düşüb müxtəlif rəngli macərapərəstlərin əlində əsir qalan Lənkəranımız, o ərzaq ambarımız lillahülhəmda əda əlindən qurtardı. Yeni ordumuzun ilk səfəri müvəffəqiyyətlə keçərək Muğanda bərkişən igirmi minlik silahlı rus qüvvətini təslimə məcbur edərək onlarca top, pulemyot minlərcə tüfəng, fişəng mərmilər aldı.


Qarabağ
, vətənimizin o gözəl bucağı həyati-iqtisadiyyəmizi parçalayan, sularımızın başını tutaraq bizi fəlc bir halə qoymaq istəyən inadlı qomşularımızın israrından qurtardı.


Fəzlə
qanlara məhəl vermədən erməni əhalisi məsələnin sülhən həllini iltizam edərək Azərbaycan hakimiyyətini qəbul etdilər.

Naxçıvan, şəraiti-təbiiyyəsi ilə həqiqətən nəqşi-cahanolan o Azərbaycan ölkəsinin ayrılmaz qitəsi qəhrəman fədakar övladının himməti sayəsində aldanaraq ayrı düşdügü vətənə qovuşmaq üçün üsyan həqqindən istifadə etdi. Naxçıvan asi Ermənistan ordusunu hüdudu xaricinə atdı.

Ortada ürək ağrısını məqsədlərimizi təhdid edərək duran Zəngəzurun da yaxın zamanda zərərsiz bir halə qoyulub Astara çayı Samur köprüsündən tutub, Araz nəhri ilə Culfa köprüsünə qədər maneəsiz bir yol açılacağını ümid edə biləriz.

Azərbaycan ərazi mətalibi bu surətlə qismi-mühümi ilə həll edilmiş deməkdir. Cümhuriyyətimizin hakimiyyəti təhtinə keçən ərazi daxilində zamanımızdakı əhvali-fövqəladəyə nəzərən nisbi bir əmniyyət intizamın dəxi hökmfərma olduğunu inkar olunamaz.

Böylə bir zamanda məmləkətimizdə bulunan xarici ingilis qüvvəti neçə gündür ki, toprağımızı tərk edib getmişdir. Ayın 26-dan etibarən Azərbaycan həqiqətən müstəqil olub kəndi qüvvətinə qalmışdır.

Bu günə qədər İngiltərə komandanlığının buradakı hüzuri idareyi-məmləkətdəki məsuliyyətimizi bizimlə bölüşüyordu. Bu məsuliyyət təqsimi yalnız maddi müəyyən şeylərdə degil, mənəviyyatda da vardı. Xəlqin ruhiyyatı bilxassə türk olmayan azərbaycanlıların mənəviyyatı üzərinə bunun böyük bir təsiri vardı. Halbuki imdi böylə degildir. Tamamilə özümüzə buraxılmış bir haldayız.

Bu vəqtə qədər Azərbaycan daima xarici bir qüvvət sayəsində durmuşdur. Bir zaman türklər gəldilər, bizi mühəqqəq ölümdən qurtardılar. İngilislər zamanında idarə hürriyyətlərimizin daha ziyadə kökləşməsinə çalışa bildik. Kəndi qüvvətimizə inanmayan bir çox süst ünsürlərimizlə düşmənlərimiz bu dövrlərdəki müvəffəqiyyətlərimizi özümüzdən ziyadə xarici təsirlərə bağlamaq istiyorlar. İngilislər olmasaydı bunu yapamaz, onu doğrultamaz, öz qüvvətinizlə idarə edə bilməzdiniz; diyorlar. Bunu burada bizim üzümüzə qarşı açıq degil, kinayə ilə ehsas etdiriyorlarsa da, xaricdə, Avropada müttəfiq qəzetələrində aşkara söylüyorlar. Diyorlar ki, azərbaycanlılar asiyalı bir millətdirlər. Özlərini hürriyyətlə idarədən acizdirlər. Hələ xristian millətlərini heç idarə edə bilməzlər.

Bu, həqqimizdə söylənən böhtanların ümumi bir şəkli-ifadəsidir. Yoxsa düşmənin qələmindən, dilindən çıxan böhtanları nəql edəcək olursaq tüklər ürpər.

Bu böhtanları daha əvvəlcə söyləmişlərdi. İngilislər buraya gəldikləri zaman o böhtanlarla zəhərlənmişlərdi. Bunun üçün bundan doqquz ay əvvəl hissiyyatımıza toxunulmuş, mənəviyyatımız təhqir edilmişdi.

Fəqət əhval ilə vasitəsiz aşina olan avropalılar, əzcümlə ingilislər işin əksini gördülər. buradan gedərkən bizim ən iyi məruflarımız olaraq getdilər. Avropadan aldığımız xəbərlər dəxi İngiltərə mənabei-rəsmiyyəsi tərəfindən həqqimizdə verdigi məlumatın lehimizdə olduğunu təyid etməkdədir.

Fəqət imdi tamamilə kəndi-kəndimizə tərk edildigimiz bu zamanda məsuliyyətimiz daha ziyadə artır. Çünki görəcəgimiz işə müdaxilə edən yox, istiqlalımızı təhdid edən maddi, mənəvi bir qüvvət var. Bu günə qədər olan müvəffəqiyyətlərimizi düşmənlər xarici təsirə çıxa bilərlərdi. Bu gün isə onu da yapamazlar.

İstiqlalımız təsdiq olunacaqmı? – bu bir sualdır. Fəqət istiqlalımız felən mövcuddurbu bir həqiqətdir.

Bu həqiqəti hüsni-idarə edər, bu həqiqət zamanında özümüzün həqiqətən istiqlala şayəstə bir millət olduğumuzu isbat edərsək, o zaman əmin ola biləriz ki, yuxarıdakı suala müsbət bir cavab alacağız.

Bu sualın cavabı üçün daha bir neçə ay gözləmək lazım.

Ehtimal ki, üç-dörd ay sonra sülh konfransı Zaqafqasiya hökumətləri həqqində bir qərar verər. O qərar alıncaya qədər özümüzü həm daxildə zühur edəcək, həm xaricdən gələ biləcək əmri-vaqelərdən qorumalıyız.

Bu xüsusda Avropa əfkari-ümumiyyəsi, bilxassə sülh konfransı müttəfiq məhfilləri üzərinə icrayi-təsir edəcək vəqələr, heç şübhəsiz ki, hazırki vəziyyətin, imdiki nizam asayişin mühafizəsi şərtdir. Fəqət şəraiti-nizam müsəlman olmayan millətlərlə olan münasibat rəftarımız olacaq.

Düşmənlərimiz çoxdurbunu biliyoruz. Düşmənlərimizin bizə qarşı ən böyük silahı bizi özümüzdən olmayan millətləri idarə edə bilməmək töhmətidir. Biz, bizdən olmayanları kəsər, qaba qarşılarmışız.

Bu isnadın sırf böhtan olduğu yenə Lənkəran, Qarabağ məsələləri ilə Gəncədə yaşayan ermənilərin bu günə qədər burunlarının olsa da qanamadığı ilə sabitdir. Fəqət bunu daha qüvvətli bir surətdə isbat etmək günləri şimdidir.


Bu
şərtdən sonra məmləkətimizi daxili ixtilallardan, anarşidən, bolşevizm bəlasından saxlamaq dəxi böyük vəzifədir. Çünki bir an əvvəl Qafqasiyaya gəlmək istəyən Denikinin Avropaya qarşı məram anlatması üçün yeganə bəhanəbolşevizmbəhanəsidir. Məmləkətimizi bolşevizmdən əmin saxlarsaq bununla Şimal təhlükəsinə qarşı siyasi bir üstünlük qazanarız.

Üç-dörd ay bu surətlə məmləkəti idarə edərsək sülh konfransından bizi tanıyacaq bir qərar almaq ümidi pək o qədər uzaq degildir. İngilis ordusu buradan gediyorsa da Avropa ilə münasibatımız qət olunmuyor. Sülh konfransı naminə Zaqafqasiya hökumətləri nəzdinə məmur olaraq amerikalı Qaskel təhti-riyasətində bir komissarlıq təyin edilmişdir. Qaskel Ermənistana gəlmiş, Gürcüstana gəlmiş, yaxında Bakıya da gələcəkdir. Bundan əlavə İngiltərə xariciyyə nəzarəti tərəfindən yenə Zaqafqasiya hökumətləri nəzdinə təyin olunmaq üzrə Vurdrop riyasətində bir heyəti-məxsusə göndərilmişdir. Vurdrop müstəşriqlərdən olub olduqca alim bir zatdır. Türkcə, gürcücə ermənicəyə aşinadır. Vəzifəsi bu vəqtə qədər olan əskəri komandanlıqlar kibi degil, sırf siyasi iqtisadidəndir. Bunlardan əlavə İtaliya hökuməti tərəfindən dəxi polkovnik Qappa təyin olunmuşdur. Bu dəfə Qappa komandanlığın degil, xariciyyə nəzarəti məmurudur.

Bunlar tamamilə Zaqafqasiya hökumətini tanımaq demək degilsə , yarım tanımaq kibi tələqqi oluna bilər. Bilxassə Vilsonun sözlərini dəxi burada yada salmalıyız. Amerika Rəisi-Cümhuri Parisdəki sülh heyətimizlə görüşürkən Zaqafqasiyanın bir cümhuriyyəti-müttəfiqə şəklinə girməsinin daha ziyadə mətlub olacağını söyləmişdir. Sülh konfransı tərəfindən Rusiya hökuməti olaraq tanınan Kolçak komandanlığına dəxi Zaqafqasiya cümhuriyyətlərinin vəziyyəti-hazirəsinə təcavüz etməmək yolunda verilən dəstur bu nöqteyi-nəzəri işıqlandırmaqdadır.

      Bu əlamətlər, əlbəttə, bizə ümid veriyor ki, hər halda Zaqafqasiya hökumətlərinin müqəddəratı Rusiyadan ayrı olaraq tələqqi edilər.

İştə bu əlamətlərə əhəmiyyət verərək əlimizə keçmiş istiqlal felimizi daha ziyadə ciddiyyət əhəmiyyətlə müdafiə etməliyiz.

Ayın 26-dan etibarən millət tamamilə kəndi müqəddəratına kəndisi hakim bir vəziyyətdədir.

Bu vəziyyəti qan bahasına, can bahasına olsa da əldə saxlamaq boynumuzun vəzifəsidir.

Bir tərəfdən zövqi-istiqlal, digər tərəfdən vəzifə məsuliyyəti ilə böyük olan bu günlərdə hökumətə tədbir qətiyyət, firqələrə həmiyyət etidal, millətə ciddiyyət fədakarlıq lazım.

Əvət, möhtərəm qarelər, istiqlalımıza felən nail olmaqla böyük bir zövqi-milli duyuruz. Fəqət bu zövq biliniz ki, məsuliyyətimizi artdırıyor.

Məsuliyyətdən qorxalım, vəzifə başına qoşalım!

M.Ə.Rəsulzadə

Azərbaycan”, 29 ağustos

(avqust) 1919, №263

     

Ədadüşmənlər

Mənabemənbələr

Müstəşriqşərqşünas

      

Haqq yerini tutan gün

     

Azərbaycan türkü mayısın 28- istiqlalını elan eləmiş, sentyabrın 15- qasiblər əlində inildəyən paytaxtını xilas etmişdir.

Mayısın 28-i Azərbaycan cümhuriyyət tarixinin ibtida günü isə, sentyabrın 15-i o ibtida qədər qiymətdardır.

Sentyabrın 15-i vaqe olmasa yəqin ki, Mayıs 28-nin ibtidası bir səneyi-dövriyyəsini görmədən intəhayə varar, gedərdi.

Bakının Azərbaycan üçün sadə bir paytaxt degil, adətən əfsanələrdə söylənən birCan Şişəsiolduğunu nəzərə alırsaq, həqiqi istiqlal gününün sentyabrın 15-i olduğunu qəbul etməliyiz.

Mayısın 28- böyük bir haqq elan olunmuş, sentyabrın 15- isə bu haqq yerini tutmuş idi.

Hər millət müstəqil olaraq yaşaya bilərdeyə dünyaya qarşı nümayişlər yapan bolşeviklər Bakıyı əldən vermək istəməmişlərdi. “Bakı sovet Rusiyasından ötrü lazımdır” – deyə Azərbaycan demokratiyasına qəsd etmiş, xoşbəxtliklərini türk bədbəxtligi üzərində quran qüvvətlərlə ittifaq bağlamış, mart hadisəsi ilə başlıyaraq Bakıda axıtdıqları qan seylabələrilə Azərbaycan atəşi-müqəddəsini söndürmək istəmişlərdi.

Fəqət Azərbaycan türkü tam bir məyusluq ümidsizlik dərəcəsinə gəlmiş ikən üzünü böyük qardaşı Osmanlı türkünə çevirib istimdad istəmiş, qardaş səsinin ləbbeyk sədasını eşitmişdir.

Bir tərəfdə bolşevik, daşnaksakan, menşevik, kadet, daha sonra ingilis, əlavə olaraq alman qüvvəti, digər tərəfdə isə Türkiyə-Azərbaycan qüvvəti qarşı-qarşıya gəlmişdi.

Birinci tərəf Bakıyı Azərbaycandan ayırmaq surətilə siyasi bir qital icra etmək istiyor, digər tərəf isə son qətrə qanını axıtmaqla olsa da haqqı yerinə oturtmaq istiyordu.

Bugünki böyük bir gündə, Qurban bayramının ərəfəsində iki qardaş türkün türklük məfkurəsi məbudinə qarşı verdikləri qurbanlar qəbul olunaraq qanlara boyanmış, Bakı küçələri düşməndən təmizlənmiş, haqq yerini tutmuş idi.

Haqq yerini tutduğu bu gündə biz şühədayi-istiqlal istixlasımızın böyük ruhu hüzurunda şükran borcumuzu əda etməliyiz.

Bu gün yeni Cümhuriyyətimizin sütununu, ordumuzun paytaxtımız küçələrindəki yürüşünü görüb kökslərimizi qabartırkən şühəda qəbri üzərinə gedib fatihə verməyi unutmamalıyız.

Onlar, o böyük vücudlar, tam vəqtində bir məlikeyi-nicat kibi yetişərək özləri öldülər, fəqət bizi ölümdən qurtardılar.

Onlar, bu ölümü istehqar edən böyük adamlar bizə yaşamaq üçün ölmənin məsud, şanlı, şərəfli bir xislət olduğunu öyrətdilər. Onlar, o fədakar insanlar Azərbaycan cümhuriyyətinin paydar olmasına, məmləkətimizin cəllad ceyşindən qurtulmasına səbəb oldular!

Şu qara topraqlar altında yatan Anadolunun Məhmədçiki Azərbaycanın hanki bir qarış toprağıdır ki, orayı kəndi fədakar qanı ilə yuyamamışdır. Bilxassə Bakı ətrafının hər hanki bir dərəsini, hər hanki bir təpəsini gəzsəniz, bir şəhid məzarına rast gəlirsiniz. Bu şəhid Çanaqqalayı köksü ilə müdafiə edən qəhrəman türkün igid qardaşıdır. İstanbulu müdafiə eləmiş, imdi yeni bir türk hökumətinin paytaxtınıBakıyı düşməndən xilas etmək üçün buraya qədər gəlmiş şəhid olmuşdur.

Bu gün bu şühədanın məzarı üstündə bir abideyi-şükranın binası vəz olunacaq. Fəqət bilməm ki, bu ayda keçən il sentyabrın 15- dul qadınların, yetim çocuqların, sevincli gəlinlərin bu xilaskar qardaşlara qarşı bəslədikləri hissiyyatı tamamilə təsvir sabit edə biləcəkmi?

Haşa, azərbaycanlının sineyi-şükranında həkk olunan qardaşlıq xatirəsini bir usta həkk edər, bir daş yaxud tunc ona təhəmmül edər.

Bu gün bütün Azərbaycan-Qafqasiya İslam Ordusunun Nuru Paşa, Mürsəl Paşa komandalarındakı Osmanlı zabitan əfradının xatirati-həzinilə həm şad, həm məhzundur. Şaddır, çünki onların həmiyyəti, onların müavinətilə bugünki bayramı dərk eləmişdir. Məhzundur, çünki kəndisinə böylə bir səadəti qazandıran qəhrəmanların kəndi vətənləri, ana yurdları təhlükələr içində bizim hürriyyətimizə səbəb olan o böyük vücudlar hal-hazırda hürriyyətdən məhrum bir haldadırlar.

Həqiqi istiqlalımızın guşə daşı qoyulduğu bu gündə, kəndi cəsədləri ilə binayi-istiqlalımızı təhkim edən qəhrəman millətdaşlarımızı salamlarkən onları yetişdirən o böyük Türk Vətəninin xilas nicatı üçün səmimi dualarımızı bargahi-əhədiyyətə tovcih etməyi unutamayız. Yalnız kəndisini degil, düşmənlər əlində qalıb həqqi paymal edilməkdə olan qardaşını dəxi müdafiə edə bilən bir millət müşkülat içində qala bilər, fəqət əmin olunuz ki, məhv ediləməz.

Əvət, həqq yerini tutduğu böylə müəlla bir gündə türklügün təmini-istiqbal istiqlalı üçün ölən şühədanın böyük ruhu hüzurunda:

Əlimizə bir vədiə olaraq tapşırılan bayrağımızı qardaşlarımızın fədakarlığına imtisal edərək şərəf namusla mühafizə edəcəgimizi əhd edəlim!

Biləlim ki, bu vasitə ilə biz həm türklügi qüvvətləndiriyor, həm müsəlmanlığa, həm insanlığa xidmət ediyoruz.

M.Ə.Rəsulzadə

Azərbaycan”, 15 eylül (sentyabr) 1919, №274

     

Qasibqəsbkar

Müəllayüksək, uca

Ceyşqoşun, ordu

Vədiəəmanət

Nəsib bəyin istefası münasibətilə

     

Sosialist bloku hökuməti tutan məbusan blokunda ikən idarənin can nöqtəsinə toxunan bir məsələdə, ümumi siyasət həqqində hökumətə əvvəlcə bir sual, sonra da bir istefa verdi.

Sual ittifaqda bulunan hökumətə iştirak edən firqənin həqqidir. İstefa isə parlaman üsulu ilə idarə olunur məmləkətlərdə müxalifət firqələri tərəfindən hökumətə qarşı istənilən bir vasitədir. Sualın məqsədi ələlümum əfkari-ümumiyyəcə işıqlandırılması lazım bir məsələdə hökuməti dindirmək yaxud hökumətə bir takım ixtarat irşadatda bulunmaqdır. İstefa isə həmişə bir takım müəyyən qanunsuzluqlardan bəhs edər ki, nəticə etibarilə etimad ya ədəmi-etimad məsələsi ilə tamamlanır.

Müxalifətdə olan firqə hər fürsətdən bilaistifadə istefa həqqini icra etmək fikrində olur. Bu onun parlamanların tarixi, məşrutiyyət cümhuriyyətlərin adəti ilə təsdiqlənmiş bir həqqidir. Müvafiqətdə olan firqələr istefa yapınca müxalifətə keçmək istədikləri təbiidir. Hələ eyni mövzuda verilən sualdan sonra qənaət hasil etməyib istefa yapmaq başqa dürlü təvil olunamaz.

Fəqət bizim sosialistlər istefa yaparkən görünüyor ki, böylə düşünmədilər. İstefanı xəlqi tənvir üçün, hökumətin yapıb-yapmadığını öyrənmək üçün yapıyoruz degirlər nəticədə formullarında etimad, ədəmi-etimad göstərdilər. Etimadlarını məşrut buraxdılar. “Əhrarfraksiyonu daşimdilikədəmi-etimad göstərdi. Müvafiqət əsasına sadiq qalan yalnız Müsavatoldu. Hökumət blokunun xaricində qalan bitərəflərlə milli əqəliyyət nümayəndələrinin rəyləriMüsavatməbuslarının rəyinə intizam etməmiş olaydı, Nəsib bəyin kabinəsi siyasəti-ümumiyyədəki müvəffəqiyyəti-amməsinə rəğmən bilaşərt qeyd etimad qazanmayıb bittəbii haman tərki-mövqe etmək məcburiyyətində qalacaqdı.

Şəkil rəsmiyyət etibarilə Nəsib bəyin kabinəsi parlamandan etimad almış ələlüsul istefa üçün qanuni bir səbəb yoxdur. Fəqət böylə olmaqla bərabər hökumət rəisi-möhtərəmi kəndi mövqeyini möhkəm görməyərək mənən rəskarda qalamıyacağım qeydlə istefa ediyor. Bu xüsusda Nəsib bəyə həqq verməmək mümkün degildir.

Çünki kabinə istinad elədigi firqələrin kamil bir etimadına malik degildir. Çünki siyasiyyəti-ümumiyyə bilxassə siyasəti-xariciyyə məsələsindəki hökumətə iştirak etməyən bitərəflərin etimadıMüsavatfirqəsinə bu dəfə zəhir çıxdısa, məlum ki, digər xüsusi bir məsələdə bərfərz daxili məsail idarədə dəxi bu müzahirat təmin ediləcəkdir. Kəndi ordusunun degil, kəndisinə təsadüfən iltihaq edən müxtəlif yaxud bitərəf qüvvətlər sayəsində müzəffəriyyət qazanan bir komandan hər halda kəndisinin ani bir hücuma məruz qalacağından qətiyyən əmin olamaz. Böylə bir əmniyyətə malik olmayan komandan kəndi işini iyi bilir bir məziyyətdə isə lazım gələn manevrayı yapmalı, istinad edilə biləcəgi qüvvətləri yoxlamalıdır.

İştə böylə bir yoxlama üçün Nəsib bəy əfəndi istefa etdi.

lll

Nəsib bəy əfəndi ilə istinad elədigi parlaman bloku arasında çıxan soyuqluq əcəba, Nəsib bəy kabinəsinin siyasəti ilə əfkari-ümumiyyə arasındakı əlaqəyə tərcüman ola bilərmi?

Qətiyyən degil, bu istefa Nəsib bəyin əfkari-ümumiyyəyə qarşı ədəmi-müvəffəqiyyətindən degil, biləks blokun ifratçıları ilə mötədilləri arasında çıxan ixtilafın bir nəticəsidir. məlum olduğu üzrə Nəsib bəy həzrətləri mötədil cərəyanın kamilən etimadını qazanmış müfrətlərin yalnız yarım etimadlarına məzhər ola bilmişdi.

Parlaman xaricindəki məhafili-sayasiyyə milliyyənin təmayülləri nəzərə alınırsa Nəsib bəyin işbu istefası nəticəsində daha möhkəm daha mətin bir mövqe tutacağıdır. Əfkari-ümumiyyə Nəsib bəyin siyasətinin səmimi təqdirkarıdır. İstefa xəbəri hər tərəfdə təəssüflərlə tələqqi olunmuş, bu xəbər təbəqati-nas arasında bir çox həyəcanlar salmışdır.

Nəsib bəyin istefası qəbul olunmaz deyə cəmaətin imdiki təmayülatı ancaq öylə təlxis oluna bilər.

Nəsib bəyin parlaman firqələrindən ötrü məqbul bir rəisi-vükəla olacağı şübhədən ari kimidir. Hətta şimdiki kabinə siyasətinə yarım etimad göstərmiş olan firqələr arasında belə hal-hazırda Azərbaycan üçün kəndisindən daha müvafiq bir heyəti-nəzzar rəisi təsəvvür olunmamaqdadır.

Ortada bir kabinə böhranı da yoxdur. Çünki Nəsib bəy ilə heyəti-nəzzar arasında dəxi bir ixtilaf yoxdur. Təqib elədigi siyasəti-ümumiyyə hər halda kəndi arkadaşları tərəfindən etirazı mucib olmamışdır.

Demək ki, ortada yalnız bir parlaman zəifi vardır. Hökuməti-hazirəyi təşkil edən parlaman mərkəzi arasındakı ixtilaf bərtərəf olub yaxud yeni daha mətin daha təbii bir mərkəz vücud bulursa hökumət böhranı da bitər.

Böylə bir mərkəzi istəyənə Nəsib bəy onun bu günə qədər təqib elədigi məsləki-siyasi vücuda gətirə bilər.

Demək ki, Nəsib bəy rəsmən istefa etmişsə , felən etməmişdir. İstefa edən hökumət firqələrinin arasındakı anlaşılmazlıq, biri-birindən böyük firqələrlə ayrılan ixtilafi-nəzərdir.

Parlaman işin burasına əhəmiyyət verməli, bir an əvvəl qüvvətli bir hökumət təşkilinə səy etməlidir. Bunun üçün lazımdır ki:

Nəsib bəyin istefası rədd, hökumət məsləkindəki nəzəri-ixtilaflarının istefası isə qəbul olunsun!

M.Ə.Rəsulzadə

Azərbaycan”, 17 eylül (sentyabr) 1919, №275

     

Qurtuluş günü

     

Eylülün 15- Bakı bir böyük gün daha keçirdi.

Bu gün millət qəhrəman şühədanın bir illik səneyi-xatiratını qabarıq hisslərlə yad edərkən cavan ordumuzun rəsmi keçidini görməklə köksünü gərmiş, qədər sevinmişdir.

Dəniz kənarında qəhrəmanca bir tövrlə yürüyən süngü dəryasını seyr etdikdən sonra bir nəşeyi-istiqbal olaraq istiqlalının guşə duşini təşkil edən şühədanın məzar daşını qoymaq üçün gedən xəlqin bu gün qədər böyüdügünü, dərəcədə etimadi-nəfs hasil etdigini görməmək qabil degildi.

Xəlqimiz, türk nəslinə məxsus bir mətanətlə günün sevincilə bərabər dərin bir ciddiyyət həzin bir təsəlliyyət günü olduğunu pək əla dərk eləmişdi. Bugünkü bayramını millət daşqın bir çocuq kibi degil, mütəfəkkir bir fərdiyalığ kibi tutdu.

Gənc ordumuzun əzmkaranə bir surətdə atdığı qədəmləri, ümidli bir surətdə tutduğu tüfəngləri seyr edərkən paytaxtımızın küçələrini dolduran minlərlə əhali, şühəda məzarı üzərində gözəl bayrağımızın daima başlarımız üzərində dik tutulacağı həqqində verilən sözlərin boş nida degil, qüvvətə istinad etmiş bir əhdü-peyman olduğuna inanıyordu.

Əvət, inanıyordu.

Bu imanın bünövrəsini bu gün bünövrəsini qoyduğumuz qurtuluş abidəsi altında yatan şəhidlər qoymuşlarsa da, heç şübhəsiz ki, onu diri bir halda tutan amal, bu məzarı saran igid əskərlərimizdi.

Mətbuatın, ədəbiyyatın millətin qəlbində milliyyət istiqlal toxumu saçan bir amal olduğu məlumdur. Fəqət imdi anlıyoruz ki, bir alay əskərin milli nəğmələrlə ötərək bir dəfəlik keçişi mətbuatın on sənəlik propağanındanəhali üzərinədaha böyük bir təsir buraxır.

Gənc şairimiz şühədanın məzarı üzərində əhd ediyordu ki, kəndi nəşidələrilə ədib mühərrirlərimiz millətin ürəklərində abidələr tikəcək, şühədayı unutmıyacaqlardır.

Öz Cümhuriyyətində, öz əskərlərinin rəsmi keçidini, öz hökuməti, öz ricalı vasitəsilə qəbul edən, öz ordusunun öz generalları, öz zabit öz nəfərlərindən təşəkkül etdigini görən xəlqin bir il əvvəl yas hirmanlarla basıq olan qəlbi bu il o qədər açılmış ki, ruhunun tərcümanı olan şairlər artıq qısıq degil, fəsih bəliğ bir lisanla ona qarşı ərzi-əfkar edə bilirlər.

Əvət, ey millətinlisanülğeybiolan şairlər, ədiblər millətin əməllərini, ülvi niyyət məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz, gənc ordumuz bu ülvi toxumların saçılacağı yurdumuzu qoruyacaq, o böyük duyğuların zərfini təşkil edən köksləri qabartdıqca qabardacaqdır.

Bu gün, yalnız paytaxtımızın qurtuluş günü olmaqla degil, doğma ordumuzun ilk dəfə olaraq bütün ərkan rüəsasilə birlikdə qüvai-külliyyəsinin nümayəndələri iştirak etmək surətilə paytaxtımızın üzərində parlaq mütəntən bir surətdə rəsmi keçid icra etdigi gündür. Bu etibarla dəxi eylülün 15-i qurtuluş günüdür.

M.Ə.Rəsulzadə

Azərbaycan”, 18 eylül (sentyabr) 1919, №276

Hirmanməhrum olma, qovulma

Lisanülğeybqeybdən xəbər verən, qeybi bilən (Caminin Hafizə verdiyi ad)

Fəsihfəsahətlə danışmaq

(Ardı var)

 





06.10.2014    çap et  çap et