525.Az

Hindistanda yanğın - 27 ölü


 

Hindistanda yanğın - <b style="color:red">27 ölü</b>

Hindistanın qərbindəki Qucarat ştatında oyun meydançasında baş verən yanğın nəticəsində 27 nəfər ölüb.

525.az-ın məlumatına görə, bu barədə NDTV kanalı xəbər yayıb.

Son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatı davam edir və yanğında ölən 27 nəfər arasında azı 9 uşaq da var.

Yanğın Rajkot şəhərindəki əyləncə parkında yerli sakinlər arasında məşhur olan oyun meydançasında baş verib. Hadisənin səbəbi hələ məlum deyil. Qucarat polisinin verdiyi məlumata görə, oyun meydançasının sahibləri saxlanılıb.

 





26.05.2024    çap et  çap et