525.Az

Türkiyə Superliqasında çempion müəyyənləşir


 

Türkiyə Superliqasında çempion müəyyənləşir<b style="color:red"></b>

Bu gün Türkiyə Superliqasının 2023/24 mövsümünün çempionu müəyyənləşəcək.

QOL.az xəbər verir ki, 38-ci turda lider "Qalatasaray" "Konyaspor"un qonağı olacaq. 2-ci yerdəki "Fənərbaxça" isə "İstanbulspor"u qəbul edəcək.

Hazırda "Qalatasaray"ın aktivində 99 xal var. "Fənərbaxça" isə 96 xal toplayıb. 

Çempionluq üçün "Qalatasaray"a heç-heçə belə kifayət edir. "Fənərbaxça" isə titulu qazanmaq üçün "İstanbulspor"u məğlub etməli, "Qalatasaray"ın uduzmağını gözləməlidir. 

Türkiyə Superliqası, 38-ci tur

20:00. "Konyaspor" - "Qalatasaray"

20:00. "Fənərbaxça" - "İstanbulspor"

 





26.05.2024    çap et  çap et