525.Az

“Allah bu 50 ildə mənə elə gözəllikləri layiq bildi ki...“


 

Elçin İsgəndərzadə: “ŞUŞANIN QAYASINA, DAŞINA QOVUŞACAĞIM GÜNÜN ARZUSUYLA YAŞAYIRAM”

“Allah bu 50 ildə mənə elə gözəllikləri layiq bildi ki...“<b style="color:red"></b>

Yaradıcı insanhələ bu insan şair olmaqla bərabər, həm dəqiq elmlər üzrə professordursahəyatının müəyyən dönəmlərini tam bir riyaziyyatçımühəndis kimi yuvarlaqlaşdırıb yubiley yaşını keçirəndə təbriklər silsilə şəklində olur. Amma yaş özü yuvarlaqlaşıb 50- çatanda təbriklər , riyazi dillə ifadə eləsək, ədədi yox, həndəsi silsiləylə artır. Bu yaxınlarda şair-alim, professor Elçin İsgəndərzadə ömrünün beşinci onilini yola saldı. Yubileyöncəsi sonrası, özü demiş, “üzərinə dalğa kimi töküləntəbrik yazılarının, müsahibələrinin ara verməsini gözləyib, eyforiya sovuşandan sonra yubilyarla söhbətləşməyi qərara aldım. Uzun sürən mükaliməmiz təkcə yubiley təəssüratları, 50 illik bir ömrün yaşantıları ilə məhdudlaşmayıb, eyni zamanda bir şairin, alimin, naşirin, pedaqoqun, həyat yoldaşının, atanın dünyaya baxışını daha çox doğulduğu torpağı, uşaqlıq xatirələrinin yaşandığı yerləri istəmədən düşmən tapdağına, murdar nəfəslərə buraxan bir həmvətənin ağrısını özündə əks etdirir. hərdən bu mükalimə, müsahibədən daha çox, ən müxtəlif mövzularədəbiyyat, sənət, ortaq dostlar, ümumi tanışlar, pedaqoq-tələbə, valideyn-övlad, qadın-kişi münasibətləri ümumən, gəlmişlər-keçmişlər barəsində maraqlı bir fikir mübadiləsinə çevrilir...

Uşaqlıqda mənəbala Lenindeyirdilər

Uşaqlığım haqqında indi bəzən özümə danışanda inanmağım gəlmir. Hələ üç yaş yarımlıqdan nənəm Qəmərin (Allah ona qəni-qəni rəhmət eləsin, 105 il yaşadı- hamımıza qismət, Lenin ordenli sağıcı, əmək qəhrəmanı idi) əsl köməkçisi olmuşam. Lap o məşhur mahnıda deyildiyi kimi: “Sağıcıdır mənim nənəm, köməkçisi mənəm, mənəm...” Yadıma gəlir, balaca su qabımızla – “cürdəkdeyirdiksu gətirib çaydana töküb ocağa qoyurdum. Yaylaqda yaşadığımız vaxt alaçığın içərisini bacardığım qədər sahmana salırdım, səliqə yaradırdım. Bunu mənə sonralar nənəm, anam, bibim danışardı. Qəmər nənəm həyatda ən çox sevdiyim insan olub. Bəlkə onu anamdan da çox sevmişəm... Məni körpə ikən şalla belinə sarıyıb gördüyünü xatırlayıram, kövrəlirəm. Nənəmin qoxusu hələ burnumdadır, eynən Şuşa kimi... Körpə vaxtı içindəki südü içəndən sonra şüşəni daşa vurub qırırammış. Şuşanın o daşınacan hər şeyi incəliyinə qədər xatırlayıram... Zatən bütün yaddaşım, hafizəm Şuşa ilə bağlıdır, sonrakı həyatım da, yaradıcılığım da onun həsrəti ilə bağlı oldu... Atam mühəndis idi onu o zaman müəyyən müddətə Kalininqrada kursa göndərmişdilər. Anam ona məktub yazırdı. O vaxt hələ hərfləri bilmirdim deyə, o məktubları oxumağı bacarmırdım. İnad edirdim ki, anam mənə hərfləri öyrətsin. Deyirdi ki, ay bala, məktəbə gedəndə öyrənərsən, indi vacibdi ki, sən dədənə məktub yazasan? Özümü yerə çırpırdım ki, yox, öyrətməlisən, vəssalam. Anam işini-gücünü atıb bir müddət mənə hərfləri öyrətdi mən hələ məktəbə getməmiş, atama məktub yazmağa başlamışdım. Orta məktəbdə oxuyanda müəllimlərim deyirdi ki, Elçin böyüyüb professor olacaq.

Poeziya, ədəbiyyat son tapınağımdı...

Ədəbiyyatın xilaskar rolu haqqında diskussiyalar aparılanda çox vaxt bu rolun əhəmiyyətlilik dərəcəsi haqqında bədgüman olurlar. Amma şəxsən mən ədəbiyyata dünyada ən böyük qüvvə kimi baxıram. Dünyada sözdən qüvvətli, sözdən dəyərli heç yoxdur mənim aləmimdə. 31 il bundan əvvəl – 1983- ildə Xalq şairimiz Məmməd ArazAzərbaycan gəncləriqəzetində mənəUğurlu yolyazıb şeirlərimi təqdim edib. Məmməd Arazun oUğurlu yolunu bu gün Nobel mükafatından üstün tuturam. Neçə illərdir, peşəkar ədəbiyyatın içindəyəm bu illər ərzində həmişə oUğurlu yolun məsuliyyətini dərk eləmişəm, Məmməd Arazın etimadına layiq olmağa çalışmışam. Ola bilər ki, kənardan Elçin İsgəndərzadə daha çox alim kimi nəzərə çarpır. 47 ixtiranın müəllifi, Avropanın fəxri alimi əməkdar ixtiraçısıyam. Təvazökarlıqdan kənar kimi görünməsin, ölkədə öz sahəsi üzrə bu qədər ixtirası olan ikinci alim yoxdur. Bəlkə bütün bunlara görə şairliyim alimliyimin kölgəsində qalır. Amma əslində belə deyil. Şairliyim daha öncə başlayıb mənim üçün poeziya da elm qədər önəmlidir. Mərhum alimimiz Arif Əmrahoğlu mənimQürbət hücrəsindəkitabımdakı şeirlərimdən birinin misrasını yazdığı ön sözdə başlığa çıxarmışdı: “Şair sözə əmanət”. Bu misra ilə məni bütövlükdə düzgün ifadə eləmişdi. Həqiqətən, mən təkcə şairləri yox, bütün dünyanı sözə əmanət eləmişəm. Yaşadığım bu 50 ildə yalnız sözə tapınmışam. Texnika elmləri doktoru, professor Elçin İsgəndərzadəyə mən şair Elçinin gözü, təfəkkürü, düşüncəsi ilə yanaşmışam həmişə. Sanki poeziyanın texnikada da variasiyası var. Sırf texinki kəşflərimə, ixtiralarıma, yeniliklərimə şair kimi yanaşmağa çalışmışam. Düşünürəm ki, içimdəki şair Elçin olmasaydı, hərtərəfli Elçin İsgəndərzadə olmazdı. Biz şeirin gözəl vaxtlarını yaşamışıq. 30 il bundan əvvəl Bəxtiyar Vahabzadə, Məmməd Araz bir şeir yazıb çap etdirəndə ertəsi gün hamı onu əzbərləyirdi. Poeziyanın belə zamanı olub... Amma açıq etiraf edək, bu gün şeirə əvvəlki maraq qalmayıb. Bunda şairi, oxucunu qınamaq olmaz-zaman dəyişib.

Ailəm mənim ən böyük sərvətimdir

İndiartıq yaşımın bu vaxtında anlayıram ki, insan ən böyük hüzuru ailəsində tapır. Bəlkə gənclikdə bunu o qədər dərindən dərk eləmirsən, dostlarla, tanışlarla daha artıq vaxt keçirməyə meyilli olursan, bəlkə məsuliyyət xanımın istədiyi səviyyədə olmur. Etiraf edirəm, o vaxtlar ailəmə ayırmadığım o saatlara görə indi peşmanam. Bəlkə qadın da hansısa məqamlarda ömür-gün dostundan, həyatının kişisindən daha artıq diqqət, daha çox qayğı, nəvaziş ummaqda haqlıdır. Mən atamla anamın münasibətindən nümunə götürmüşəm. Qadına münasibəti atamdan öyrənmişəm. Bəlkə bu lap ideal nümunə olmayıb, amma mənim gördüyüm ailə modeli sevgiyə, sayğıya əsaslanıb. Mən gördüyümü götürmüşəm. Bugünlərdə xanımımla ailə qurmağımızın 25 illiyi münasibətiləEşqkitabımı ona sürpriz etdim. hələ ağlımdadır hər şey, lap dünənki kimi...

 

Ah, huşumu başımdan aldı

Sənə könül verdiyim günün

                 incə yasəmən qoxusu...

 

İnsanın insana, insanlığa məhəbbəti ailədən başlayır. Ailəsini, uşaqlarını sevməyən başqasına necə sevgiylə, sayğıyla yanaşa bilər?

Naşirlik pedaqoqluq da fəaliyyətimin önəmli hissəsidir

İndiyədəkVektornəşriyyatında 700 kitab nəşr olunub ki, bunların da böyük əksəriyyəti ölkəmizin istedadlı adamlarının yaradıcılığını özündə əks etdirir. Hansısa bir istedadlı gəncə Şahmar Əkbərzadə mükafatını verəndə, onun ilk kitabını buraxanda həmin müəlliflə bərabər mən böyük sevinc hissi keçirirəm. İstedadlı insanları sevindirmək mənə zövq verir. Onların kitablarını nəşr etməklə bir daha ədəbiyyatımıza xidmət göstərdiyimi düşünürəm bundan məmnun oluram. Tələbələrimə sərhədi gözləmək şərtiylə dost kimi yanaşıram. Problemləri ilə maraqlanıram. Bəlkə buna görə dara, çətinə düşəndə tələbələrimin ilk müraciət elədikləri müəllim mən oluram. Onlara hər hansı formada yardım edəndə özümü xoşbəxt hiss edirəm.

Mən sənsiz ölmədim, məni bağışla...”

Alim, şair, ziyalı, müəllim həyatımda bir çox ilklərə imza atmışam. İxtiralarıma, kəşflərimə, kitablarıma görə saysız mükafatlara layiq görülmüşəm. Bütün bunlara görə yaşadığım ömürlə fəxr edirəm. Mənə bu taleyi yazdığına görə Allaha şükranlığımı bildirirəm. Bu yubiley mənim üçün xüsusilə əlamətdar oldu. Sanki yubiley öncəsi sonrası 10 gün içərisində keçdiyim ömür yolunun nəticələrini payız bəhrəsi kimi qarşıma qoyub özümə nümayiş etdirdilər. Dəniz anlayışı ilə assosiasiya olunsa, yubiley günlərində sanki üstümə nəhəng bir dalğa çırpıldı. O ərəfələrdə bir neçə gün sanki heç nəyi dərketməz hala gəlmişdim. Düzdür, hamının təbriklərinə cavab da verirdim, tədbirlərə qatılırdım, amma məni sanki bir yubiley eyforiyası sarmışdı. Keçən doğum günlərimdə belə ajiotaj yaşamamışdım. Bu dəfə fərqli oldu. Bunun üçün gərək 50 yaşın ola, adam bunu yalnız öz başına gələndə anlaya bilər. Elə bil, 50 yaşımı gözləyirlərmiş ki, mənə olan sevgilərini, ehtiramlarını izhar eləsinlər, bütün mənəvi, fiziki borclarını qaytarsınlar (gülür) İnsanın bütün əməlləri 50 yaşında küll halında özünə qayıdır. Bütün bunların nəhəng dalğası içində, hətta ən keyimiş halımda belə məndən soruşsaydılar ki, bu halını bir kəlmə ilə ifadə elə, deyərdim: Şuşa! Yəni o anda da ağlıma bircə Şuşa gəldi... Bəlkə bu hissləri xırdalığına qədər açmaq, çalarını təsvir eləmək bir az mümkünsüzdür, amma mən o anda ancaq Şuşanı düşündüm...Yəqin ki, bütün bunlara nail layiq olmaq üçün mütləq Şuşada doğulmaq lazım imiş. Corc Oruel yazır ki, insan 50 yaşında layiq olduğunu tapır. Allah bu 50 ildə mənə elə gözəllikləri layiq bildi ki... Amma bütün bunlarla bərabər, mən Şuşasızlığa layiq deyildim axı... Biz buna layiq deyildik. Hər ili ötürdükcə gələn yubileyimi xarıbülbüllü Şuşamda keçirəcəyimə dəli bir ümid bəsləyirəm. Neçə illər öncə ürəkdən inanırdım ki, 50 yaşımı Şuşada qeyd edəcəm. Təəssüf ki, yenə olmadı. Hərdən bu dərddən ölmədiyim üçün özümü qınadığım da olur... Ramiz Rövşənin şeirindəki kimi:

 

Mən elə bilirdim sənsiz ölərəm,

Mən sənsiz ölmədim, məni bağışla...

 

Böyük uğurlar qazanasan, hər şeyə sahib olasan, amma biləsən ki, uşaqlıq xatirələrinin, gənclik yaşantılarının olduğu yerlərə fiziki olaraq getmək imkanın yoxdur, – bu dərdlə necə tam xoşbəxt olmaq olar, qazandıqlarına necə ürəkdən sevinmək olar? Şuşasız yetim kimiyəm, ağzımın tamı qalmayıb. Hər şeyin dadı dəyişib. Şuşanın qayasına, daşına qovuşacağım günün arzusuyla yaşayıram. Allah bu yeganə arzumu gözümdə qoymasın...

Sevinc MÜRVƏTQIZI

 





06.10.2014    çap et  çap et