525.Az

Mavritaniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib


 

Mavritaniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib<b style="color:red"></b>

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

525.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, dost Azərbaycan xalqına daha çox inkişaf və firavanlıq diləyirəm.

Mən, həmçinin ölkələrimiz arasında mövcud olan əməkdaşlıq münasibətlərinin dost xalqlarımızın maraqları naminə möhkəmləndirilməsi və inkişafı istiqamətində səyləri davam etdirmək niyyətimizi bir daha bildirirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

 





26.05.2024    çap et  çap et