525.Az

DİM: 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub


 

DİM: 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub<b style="color:red"></b>

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzindən 525.az-a verilən məlumata görə, imtahan 22 şəhər və rayonda təşkil olunub.

İlkin məlumatlara əsasən, 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

 





26.05.2024    çap et  çap et