525.Az

Nazir: “İnsanın işə qəbulu üçün əsas meyar onun bilik və bacarığıdır”


 

Nazir: “İnsanın işə qəbulu üçün əsas meyar onun bilik və bacarığıdır”<b style="color:red"></b>

“Hazırda ölkədə ən çox işlə təmin olunanlar peşə məktəblərini bitirmiş şəxslərdir. Bu, dəqiq məlumatdır. Bu gün peşə məktəblərini qurtaranların böyük əksəriyyəti öz ixtisasına uyğun işlə təmin olunurlar”.

Bunu 525.az-a açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazirin sözlərinə görə, nazirlik müəllimləri işə qəbul edərkən namizədlərin stajını nəzərə almır: “İnsanın işə qəbulu üçün əsas meyar onun bilik və bacarığıdır”.

M.Mərdanov vurğulayıb ki, 2012-2013-cü tədris ili üzrə orta məktəblərə işə qəbul olmaq üçün 16 min nəfər namizəd sənəd vermişdi. Bu isə bir yerə orta hesabla 4 nəfərin sənəd verməsi demək idi. Amma bəzi ixtisaslar üzrə, məsələn ibtidai sinif müəllimi işləmək üçün 1 yerə 50 nəfər müraciət etmişdi. Təhsil nazirinin dediyinə görə, bu il sənəd verənlərin 3000 nəfərə yaxını imtahandan müsbət qiymətlər alaraq müəllim vəzifəsinə işə qəbul olunub. Bu il Azərbaycanın ucqar kənd məktəblərinə imtiyazlı yerlər üzrə nəzərdə tutulan 800 yerə 750-yə yaxın gənc qəbul olunaraq kəndlərə göndərilib. M.Mərdanov ali məktəbi pedaqoji ixtisaslar üzrə bitirən gənclər üçün yenidən təyinat sisteminin bərpa olunmasının nəzərdə tutulmadığını da söyləyib.

S.QARAYEVA

 

 





13.11.2012    çap et  çap et