525.Az

Deyə bildimmi?


 

BÖYÜK ALİM AZAD MİRZƏCANZADƏNİ XATIRLAYARKƏN...

Deyə bildimmi?<b style="color:red"></b>

Sual cümləsi ilə başlayan bu yazı əslində elə sual cümləsi ilə bitməlidir. Azad müəllimin deyiliş tərzi, müraciət forması auditoriyanı öyrənmək üslubu nədənsə əslində özünün hipotezalarına əks reaksiyanı yoxlamaq vərdişi kimi bu ifadədən başlayırdı- deyə bildimmi? Mənim Azad müəllim haqqında söz söyləmək məqamım oxucu üçün qədər gözlənilməzdisə, bəndənizin böyük alimlə dost ola bilmək (o özü belə deyərdi) tarixi o qədər ani maraqlı olub.

Deməli, 1996- ilin mart-aprel ayları idi. O vaxt Azərbaycan Dövlət Televiziyasında  milli ideologiyaya həsr olunanTəməlverilişinin aparıcısı idim. Həmin vaxtlarda ölkəmizdə milli ideologiya ilə bağlı geniş müzakirələr aparılırdı işlədiyim kollektivdə Elm Texnika Komitəsinin sədri, AAK-ın rəhbəri Azad Mirzəcanzadədən müsahibə almaq əməlli-başlı problemə çevrilmişdi. Hörmətli professor ondan müsahibə almağa gələn jurnalistə əvvəlcə özü sual verirdi. Əgər jurnalist o imtahandan  çıxa bilməsəydi, onu  müsahibəsiz-filansız yavaşca, bir az da özünəməxsus şəkildə yola salardı.

Beləcə, Azad müəllimin kitablarına bələdçiliyimə, bir az da qeyri-standart halları xoşladığıma görə professorla müsahibəyə göndərilməyimi xahiş etdim. Bu xahiş redaksiyada  çox böyük təəccüblə qarşılansa da (yaşımı təkidimi nəzərə alaraq), çar-naçar müsahibə almağıma razılıq verildi. Mən Azad müəllimin mütaliə menyusuQumilyov, Nabokov, Vinner, Qara Qarayev digər şəxsiyyətlər haqqında  kifayət qədər xəbərdar idim.

Elə professorun qapısını açarkən ilk sualı da bu böyük şəxsiyyətlər haqqında  verdiyimi görüb, bir az qəribə baxışlarla məni süzdü dedi ki, bunları haradan öyrənmisən? Beləliklə, Azad müəllimlə müsahibə sindromunu qırıb, o dövrdə səs-soraq salan bir veriliş hazıladıq. Dostluğumuzun əsası da, düşüncəmin formalaşmaq yolu da, qeyri-standart üsluba meylim əslində o görüşdən  başladı.

Azad müəllim  çox şeylərin, o cümlədən musiqinin fəlsəfəsini,məntiqini çox yaxşı bilirdi. O, Üzeyir bəyin vurğunu idi. Qara Qarayevin  milli musiqimizə gətirdiyi yeniliyi inanmıram ki, kimsə onun qədər aça bilsin. Yaxud da ki, Nabokovun, Tolstoyun bədiiyyatının fəlsəfəsini qeyri-standart düşüncə tərzi ilə ifadə edə bilsin.

Bir dəfə Azad müəllimxaos nədir?” sualını bizdən soruşduqda, hamımız qarma-qarışıqlıq, qeyri-müəyyənlik haqqında fikir yürütməyə başladıq. Azad müəllim xaosun fizika qanunları ilə  obrazlı formasını gözümüzün önündə elə çəkdi ki, biz bu təzahürün nizamlı quruluşda olduğuna sübutlarla inandıq.

Azad müəllim tələbə aspirantlardan düzgün sual verməyi bacaranları daha çox qiymətləndirirdi. O deyirdi ki, sualın düzgün qoyuluşu məsələnin həllinin açarıdır. Professorun  İxtisasa giriş”, “XXI əsrə gedən yol haqqındakitabında müasir təhsil fəlsəfəsinin açar xətləri var. Burada müəllim, ali təhsil, elm innovasiya haqqında dünya ölkələrindən gətirilən sitatlarla mükəmməl müqayisələr yer alıb.

Azad müəllimin Hegeldən gətirdiyi, özü rus dilində işlətdiyi bir ifadəni həmişə xatırlayıram: “Drevnıe qreki snaçala sami sebə preobrazovali  v prekrasnıe formı, a potom stali  otrajatğ  ix  v mramore i kartinkax”.

P.S.Dörd gün sonra böyük alim böyük azərbaycanlı Azad müəllimin doğum günüdür. Bu bir xatirə təəssürat yazısı olmaqla bərabər, həm  Azərbaycan müəllimiqəzetində köşə yazısı ideyasıdır.  Azad müəllim demiş, deyə bildimmi?

 





06.10.2014    çap et  çap et