525.Az

Koreya Respublikası və Çin əməkdaşlığı GÜCLƏNDİRİR


 

Koreya Respublikası və Çin əməkdaşlığı <b style="color:red">GÜCLƏNDİRİR</b>

Koreya Respublikası və Çin əməkdaşlıq və mübadilələri gücləndirməyə və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqları davam etdirməyə davam edəcəklər.

525.az "Report"a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Yun Sok-yol Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Syan ilə görüşündə deyib.

O qeyd edib ki, son vaxtlar ölkələr nazirlər səviyyəsində müxtəlif sahələrdə dialoqu bərpa edib, regional iqtidar orqanları arasında mübadilələr intensivləşib:

“Ümid edirəm ki, Koreya Respublikası və Çin gələcəkdə əməkdaşlığı gücləndirməkdə və mübadilələri inkişaf etdirməkdə davam edəcək və qarşılıqlı hörmətə əsaslanan ümumi maraqlar üçün səy göstərəcəklər”.

Qeyd edək ki, mayın 26-da Li Syan Seula səfərə gəlib, ertəsi gün Yun Sok-yol və Yaponiyanın Baş naziri Fumio Kişidanın iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Bu, 2019-cu ilin dekabrından bəri bu formatda ilk üçtərəfli görüş olacaq. Prezident Yun Sok-yolun bazar günü Yaponiyanın Baş naziri ilə görüşü planlaşdırılır.

 





26.05.2024    çap et  çap et