525.Az

Azərbaycanda “Türkiyədə caz” filminin təqdimatı olacaq


 

Azərbaycanda “Türkiyədə caz” filminin təqdimatı olacaq<b style="color:red"></b>

Türkyənin Azərbaycandakı   səfirliyinin təşəbbüsü ilə Bakı  keçiriləcək  “Türkiyə Caz Festivalı” çərçivəsində “Türkiyədə Caz” adlı filmin təqdimatı olacaq.

525.az-ın məlumatına görə, 10-16 Oktyabr 2014- tarixləri arasında keçiriləcək festivalda təqdimat  keçiriləcək “Türkiyədə Caz” filmin rejissoru Batu Akyoldur.  Çəklişinə  2011-ci ildə  başlanılan "Türkiyədə Caz" kinosu  şifahi tarixə söykənən, Türkiyə cazının inkişaf yolundan bəhs edən ilk sənədli filmdir. Təxminən 50 adam ilə reallaşan reportajdan yığılan “Türkiyədə caz” hekayəsi, xronoloji sənədli film kimi qiymətləndirilir.

Qeyd edək ki, “Türkiyədə Caz ” filminin təqdimatı 13  Oktyabr Saat: 20:00 “28 Mall”da olacaq. Filmi izləmək istəyənlər üçün  giriş sərbəstdir. 

 

 

 





08.10.2014    çap et  çap et