525.Az

Rusiya ordusu Zaporojyenin hava limanını atəşə tutub, aeroport qismən dağılıb


 

Rusiya ordusu Zaporojyenin hava limanını atəşə tutub, aeroport qismən dağılıb<b style="color:red"></b>

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye şəhərinin hava limanını atəşə tutub, hava limanı qismən dağılıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukraynananın xalq deputatı Musa Maqomedov teleqramda bildirib.

“Növbəti gözəl hava limanını dağıdıblar, bu dəfə Zaporojyedə”, – o qeyd edib.

Deputatın dərc etdiyi şəkildə hava limanının qismən dağıldığı əks olunub.

Bölgənin atəşə tutulmasından öncə Zaporojye Vilayət Dövlət Administrasiyasının rəhbəri İvan Fyodorov X-59 raketlərinin region istiqamətində buraxıldığını açıqlamışdı.

Xatırladaq ki, müharibədən öncə illik 600 mindən çox sərnişin axınına malik Zaporojye aeroportu fevralın 24-də, müharibənin ilk günündə ölkədə hava məkanının bağlanmasından sonra fəaliyyətini dayandırıb. Eyni gün işğalçı qüvvələr hava limanına zərbə endirib.

 





26.05.2024    çap et  çap et