525.Az

Fransanın Şri-Lankadakı səfiri Kolombodakı iqamətgahında ölü tapılıb


 

Fransanın Şri-Lankadakı səfiri Kolombodakı iqamətgahında ölü tapılıb<b style="color:red"></b>

Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ada dövlətinin Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirilib.

 Xarici İşlər Nazirliyi Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktenin qəfil vəfatı ilə əlaqədar dərin kədər hissi keçirir <…> Nazirlik bu kədərli vaxtda Fransanın Şri Lankadakı səfirliyi ilə sıx əməkdaşlıq edir. Dəfn mərasimi ilə bağlı müvafiq orqanlar tərəfindən məlumat veriləcək”, – XİN-in press-relizində diqqətə çatdırılıb.

Xarici siyasət idarəsi fransız diplomatın ölüm səbəbini açıqlamasa da, yerli “The Daily Mirror” qəzeti 53 yaşlı Paktenin infarktdan keçindiyini bildirib.

 





26.05.2024    çap et  çap et