525.Az

Premyer Liqaya vəsiqə qazanan sonuncu komanda da bilindi


 

Premyer Liqaya vəsiqə qazanan sonuncu komanda da bilindi<b style="color:red"></b>

Çempionşip pley-off mərhələsinin "Lids Yunayted" və "Sauthempton"un qarşılaşdığı final oyunu başa çatıb. 

QOL.az xəbər verir ki, komandalar Londondakı “Uembli” stadionunda üz-üzə gəliblər. "Sauthempton" rəqibini 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 24-cü  dəqiqədə Armstronq vurub. Matçı izləmək üçün İngiltərədəki əsas stadiona 85 862 tamaşaçı gedib.

Beləliklə, "Sauthempton" növbəti mövsümdən İngiltərə Premyer Liqasına qayıdacaq. 

Qeyd edək ki, bundan əvvəl "Lester" və "İpsviç Taun" elitaya vəsiqə qazanmışdı.

 





26.05.2024    çap et  çap et