Seneqalın paytaxtı Dakarda Fələstinə dəstək nümayişi keçirilib.
525.az xəbər verir ki, Afrika Vasitəçilik, İdarəetmə və Münaqişələrin Həlli Təşkilatı (AMGRC) və Fələstinin Dakardakı səfirliyinin təşkilatçılığı ilə Dakarın Malik Sy küçəsində toplaşan yüzlərlə insan Milinaire Anıtı qarşısına gedib.
Nümayiş təşkilatçılarının payladıqları Fələstin bayraqları olan ağ köynəklər geyinən kütlə "Azad Fələstin", "Fələstin üçün sülh" kimi şüarlar səsləndirib.
Nümayişdə Türkiyənin Dakardakı səfiri Nur Sağman, Fələstinin Dakardakı səfiri Nasser Abdallah, Pakistanın Dakardakı səfiri Saime Sayed və Livan, Kuba və Liviyanın Dakardakı səfirləri iştirak edib.
Məhəmməd Tağıyev
çap et