Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada hökumət torpaq sürüşməsi altında qalan insanların sayının 2 mini keçdiyini açıqlayıb.
525.az xəbər verir ki, hökumət yerin altında qalanların sayının 2 mini keçdiyini açıqlayıb. Papua Yeni Qvineya Milli Fəlakət Mərkəzindən edilən açıqlamada fəlakətin böyük dağıntılara səbəb olduğu bildirilib.
Birləşmiş Millətlər Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) dünən verdiyi açıqlamada təbii fəlakətdə 150 evin yerin altında qaldığı qeyd edilib.
Məhəmməd Tağıyev
çap et