525.Az

İranda prezident seçkiləri prosesi başlayıb


 

İranda prezident seçkiləri prosesi başlayıb<b style="color:red"></b>

İranda prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra, iyunun 28-də keçirilməsinə qərar verilən prezident seçkiləri prosesinə start verilib.

525.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, daxili işlər naziri Əhməd Vahidi seçki prosesinin başlanmasına göstəriş verib.

Sərəncamda: “Ayətullah Dr. İbrahim Rəisinin və dəyərli dostlarının şəhadəti münasibətilə xalqımıza başsağlığı veririk. Konstitusiyanın 131-ci maddəsi və 38 və 39-cu maddələr çərçivəsində 14-cü prezidentlik dövrünün seçki prosesinin başlanmasına qərar verilir", - deyilib.

Müvafiq olaraq, ölkə üzrə qubernatorluqlara və rayon qubernatorluqlarına 3 gün ərzində öz bölgələrində seçki mərkəzləri yaratmaq və inzibati şuralar formalaşdırmaq tapşırılıb.

Malik Atilay 

 





27.05.2024    çap et  çap et