525.Az

Rusiya Xarkov şəhərində mağazanı vurub


 

Rusiya Xarkov şəhərində mağazanı vurub<b style="color:red"></b>

Rusiyanın Ukraynanın Xarkov şəhərində tikinti materialları satan mağazanı vurması nəticəsində ölənlərin sayı 11-ə, yaralıların sayı isə 40-a yüksəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Xarkov vilayətinin Hərbi Administrasiyasının rəisi Oleq Sinegubov sosial şəbəkədəki hesabında qeyd edib ki, ötən gün Rusiya ordusunun Xarkov şəhərində tikinti materialları satan mağazaya hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

Hücum nəticəsində 11 nəfərin öldüyünü, 40 nəfərin yaralandığını deyən Sinegubov xəstəxanaya yerləşdirilən yaralılardan 2-nin vəziyyətinin ağır olduğu, bir nəfərin isə həyati təhlükəsinin davam etdiyi barədə məlumat paylaşıb.

Qeyd edək ki, dünən Rusiya Xarkov şəhərində tikinti materialları satılan mağazanı idarəolunan aviabombalarla vurub.

Malik Atilay 

 





27.05.2024    çap et  çap et