NATO üzvləri Alyansın baş katibi Yens Stoltenberqdən Ukraynaya dəstək planları və xüsusilə Kiyevə 100 milyard avrodan çox yardım paketinin ayrılması ilə bağlı daha çox aydınlıq tələb edir.
525.az xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Gələcək görüşün qeyri-rəsmi məşvərət xarakteri daşıyacağı və heç bir rəsmi mühüm qərarın qəbul edilməyəcəyi vurğulanır.
Qeyd edək ki, diplomatik mənbələr daha əvvəl bildiriblər ki, baş katibin ofisinin ilkin planı NATO müttəfiqlərinin beş il ərzində 100 milyard avro ayırması olub. Diplomatik mənbələrdən verilən məlumata görə, bu tədbir Donald Trampın ABŞ-də keçiriləcək növbəti prezident seçkilərində qalib gələcəyi təqdirdə Vaşinqtonun Kiyevə maliyyə dəstəyi vermək öhdəliyini möhkəmləndirmək məqsədi daşıyır.
Havar Şəfiyeva
çap et