Niderlandda İsrailə etiraz edən qruplar "Starbucks" qəhvə şəbəkəsinin müxtəlif şəhərlərdəki filialları qarşısında nümayiş keçirib.
525.az xəbər verir ki, İsrail və "Starbucks" əleyhinə bannerlər daşıyan qrup Rotterdamın mərkəzində şirkət filialının qarşısına toplaşıb. Nümayişçilər filialın önünə Fələstin bayraqları və "Starbucks soyqırım üçün içkilər hazırlayır" və "Starbucks boykot" yazılan lövhələr asıb.
Fələstinə dəstək verən qruplar da digər şəhərlərdəki "Starbucks" filialları qarşısında eyni vaxtda nümayişlər keçirib.
Məhəmməd Tağıyev
çap et