525.Az

İspaniyadan Ukraynaya rekord hərbi yardım vədi


 

İspaniyadan Ukraynaya rekord <b style="color:red">hərbi yardım vədi</b>

İspaniya Ukraynaya rekord məbləğdə - 1,129 milyard avroluq silah verə bilər.

525.az xəbər verir ki, bu barədə "El Pais" mənbələrə istinadən məlumat yayıb.

Mayın 27-də Ukrayna prezidenti Vladimir Zelenski Madridə səfər edəcək. Nəşrin qeyd etdiyi kimi, səfər zamanı o, kral VI Filip və İspaniyanın baş naziri Pedro Sançeslə görüşəcək, onunla ikitərəfli təhlükəsizlik sazişi imzalayacaq.

Sazişə əsasən İspaniyanın Ukraynaya 1,129 milyard avroluq silah vəd edəcəyi bildirilir. Müqavilənin iki il müddətinə davam etməsi planlaşdırılır, lakin üç ilə qədər uzadıla bilər.

Havar Şəfiyeva 

 





27.05.2024    çap et  çap et